Azəri
Friday 19th of July 2024
0
نفر 0

İMAM ӘLİ İBNİ ӘBİ TALİB (Ә)

 

Şiə məzhəbi tərəfindən mə᾿sum imam kimi tanınan və ilahi əmrlə Peyğəmbərin (s) bilavəsitə xəlifəsi olduğuna e᾿tiqad bəslənən Әli ibni Әbi Talib (ə) barəsində qısa şəkildə mə᾿lumat verməyi lazım bilirik.

Peyğəmbərin (s) doğma əmisi oğlu, dünya və axirət xanımı həzrət Fatimənin ömür-gün yoldaşı Әli (ə)-ın barəsində ətraflı söhbət açmaq çox çətindir. Bütün tədqiqatçılar tərəfindən «Zatul-əb᾿ad», yə᾿ni müxtəlif cəhətlər sahibi adlandırılan Әli (ə)-ın şəxsiyyəti o qədər əhatəlidir ki, bir dəstə onun ədalətinə tab gətirməyib onu kafir adlandırmış (xəvaric firqəsi), başqa bir dəstə isə onun fəzilətləri qarşısında heyran qalıb ona Allah demişlər (Әliallahilər-ğulat firqəsi). Әlişünaslığı bir mə᾿rifət meyarı kimi təsəvvür etsək, insan zəkası bu vahidin başlanğıc və son nöqtəsi arasında öz acizliyini etiraf etmək məcburiyyətində qalır.

Әli (ə)-ın adının bu günə qədər yaşaması onun ilahi bir həqiqət olduğunu açıq şəkildə isbat edir.

Әli (ə) tarixin hər hansı bir dahi şəxsiyyəti olsaydı, əgər Sokrat, Aristotel, Platon, Hegel, Marks, Kant olsaydı çoxdan tarix səhifələrindən silinmişdi. İman və insaf nümunəsi olan əhli-sünnət alimi İbni Әbil Hədid Mö᾿təzili «Şərhu-nəhcil-bəlağə» kitabında əvəzsiz bir cümlə yazmışdır:

«Nə deyim sənin şəxsiyyətin qarşısında ya Әli? Sənin fəzilətlərini amansız düşmənlər qəlblərində yatan kin-küdurətdən, dostların isə qorxudan gizlətdilər. Bununla belə sənin fəzilətlərini sayıb qurtarmaq mümkün deyil...»

Әli (ə)-ın şəxsiyyətinin ən kamil tə᾿rifi qısa bir cümlədə yatır: «Әli (ə)-ı tanımaq mümkün deyil...»

69 il mənbərlərdə, namazlarda Әli (ə)-a lə᾿nət yağdıran, onun kafir olduğunu dünyaya car çəkən Müaviyənin yəqin ki, ağlına belə gəlməzdi ki, bir gün beynəlxalq kitab festivalında bir xristian aliminin Әli (ə) barəsində yazdığı kitab bütün əsərləri kölgədə qoyacaq: «Әli - bəşər ədalətinin fəryadı.»

«Ey zaman, var qüvvəni toplayıb o elmi ilə, o şücaəti ilə, o ədaləti ilə dünyaya bir də Әli gətirə bilərsənmi!?»(30)

Әziz oxucular! Bu kiçik yazıda həqiqəti əks etdirməyə aciz olan cümlələrlə Әli (ə)-ın fəzilət dəryasından yalnız bir neçə damlanı siz əzizlərə təqdim edirik.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
İmamların anası – Həzrət Fatimə (ə)
VALİDEYNƏ İTAƏT
ZİNAKARLAR HAQQINDA
YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT

 
user comment