60- Sual: Miz ya stul üzərində namaz qılan şəxslərin səcdə vaxtı baş barmaqlarının ucunun yerin üzərində olması lazımdır?
Cavab: Bəli lazımdır.
61- Sual: Namazı oturan halda qılan bəzi şəxslər səcdə üçün möhrü götürüb alına qoyurlar, bu düzdür yoxsa gərək alını möhürün üzərinə qoysunlar?
Cavab: Miz ya stuldan istifadə edənlər səcdə yerini yuxarı gətirsinlər. Əgər bu miqdar da əyilə bilmirlərsə, möhürü əl ilə qaldırıb alını onun üzərinə qoysunlar.
62- Sual: Səcdə etmək qudrəti olmayan şəxslərin vəzifəsi nədir?
Cavab: Edə bilər möhürü hündür bir şeyin üzərinə qoyub ona səcdə eləsin.
63- Sual: Vacibi səcdə olan ayələri radiyodan ya kasetdən eşitdikdə, səcdə vacib olurmu?
Cavab: Əgər radiyodan canlı eşidərsə, səcdə vacibdir və əgər kasetdən eşidirsə, səcdənin hökmü ehtiyatdır.
64- Sual: Vacibi səcdə olan ayənin tərcüməsini eşidsək səcdə vacib olur?
Cavab: Vacibi səcdə olan ayənin tərcüməsini eşitməklə, səcdə vacib olmur.
65- Sual: Namazda qeyri səcdə vaxtı, vacibi səcdə olan ayəni eşıdəndə vəzifəmiz nədir?
Cavab: Gərək başı səcdədən götürüb yenidən səcdəyə gedəsiniz.
66- Sual: Səcdədə yeddi üzv vacibdir ki yerin üstündə olsun, əgər bu yeddi üzvdən başqa üzüvlər yerə dəysə məsəlın dirsək, səcdə düzgündürmü?
Cavab: Maneəsi yoxdur, və səcdə düzdür.
67- Sual: Məscidin yerində çini daş, mərmər və s... var. Bunlara səcdə düzgündür yaxut ancaq möhürdən istifadə etməliyik?
Cavab: Qeyd olunmuş daşlara səcdə etmək düzdür.