Azəri
Saturday 11th of January 2025
0
نفر 0

MÜSAFİR NAMAZININ HÖKÜMLƏRİ

74- Sual: On gün bir yerdə qalacaqını bilən müsafir lazımdır qalmağı üçün qəsd etsin?

Cavab: Onun on gün bir yerdə qalmaq, fikri və məqsədi özü qəsddir və kifayət edir. Onun namazı tamamdır.

75- Sual: İşi səfərdə olmasına görə namazı tamam olan şəxs, əgər turist, ziyarət və ya başqa bir iş üçün öz iş yerinə gələrsə, namazını necə qılmalıdır?

Cavab: Qeyri iş üçün öz iş yerinə səfər edən şəxsin namazı qəsrdir.

76- Sual: Atamın birinci vətəni rayon olub ancaq mən şəhərdə dünyaya gəlmişəm və orada yaşıyıram, qohumlarımızı görmək üçün rayona getdikdə namazımı tamam ya şikəstə qılmalıyam?

Cavab: Suala əsasən atanızın qabaqkı vətəninə səfər etdikdə müsafir hökmünız var və on gündən az qalarsızsa, sizin namazınız qəsrdir.

77- Sual: Müəllimlər və iş adamları iş üçün on gündən az səfərə gedirlər, namazlarını necə qılmalıdırlar?

Cavab: Birinci səfərdən başqa, namazları tamam və orucları səhihdir.

78- Sual: Bir şəxs vətənindən üz döndərib və o vətəndə yaşamağa məqasədi yoxdur, ancaq öz şəxsi evini satmayıb, o yerə səfər etdikdə namazını qəsr qılmalıdır ya tamam?

Cavab: Əgər tərk edibsə, namazını qəsr qılmalıdır. Orada evinin olmasının təsiri yoxdur.

79- Sual: Tələbənin vətəni ilə təhsil aldığı yer arasında dörd şəri fərsəxdən (təqribən 22.5 km) çox fasilə var və nə təhsil aldığı yerdə və nə vətəndə on gün qalmır, namazı və orucu necə olmalıdır?

Cavab: Birinci səfərdən sonra, namazları tamam və orucları səhihdir.

80- Sual: Qadın vətən seçməkdə müstəqildir ya ərinə tabedir?

Cavab: Əgər həyat yoldaşı ilə yaşamağa məqsədi varsa, tabedir və ərinin vətəni, onun vətəni hesab olunur.

81- Sual: Kişi qabaqki vətənindən üz döndərib, ancaq qadın başqa şəhərdə yaşayır, əgər ərinin qabaqkı vətəninə getsə, orada namazlarını necə qılmalıdır?

Cavab: Sualda qeyd olunana əsasən qadın öz əri ilə onun qabaqkı vətənində yaşamayıbsa, qadının vətəni sayılmır və orada müsafir hökmündədir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual 32:Qiyamət günü insanlarla yanaşı heyvananlar və quşlar da məhşərə daxil ...
Sual 7: Şeytan bir zamanlar təkallahçı olduğu bir hada bu ayə ona necə şamil ola ...
SUAL-1.Azərbaycan Respublikasında krosnı antenalarından istifadə etmək və orada ...
Sual 9: İmam Hüseyn (ə)-mın qatilləri Muxtar tərəfindən bir-bir tutularaq edam ...
Sual 14: Şeytan deyildikdə Adəmin cənnətdən çixarılmasına səbəb olan şeytan ...
Allahın məkr və hiyləsi ilə insanın hiyləsi arasında nə kimi fərq var؟
Əgər insanın boynunda həm cənabət və həmdə başqa qüsullar varsa necə qüsul ...
Sual 56:Vəlimə ilə vəkirə arasındaki fərq nədən ibarətdir? Hubvə nə deməkdir?
Təqlid hökümləri
MÜSAFİR NAMAZININ HÖKÜMLƏRİ

 
user comment