Azəri
Saturday 11th of January 2025
0
نفر 0

CAMAAT NAMAZININ HÖKÜMLƏRİ

 82- Sual: İmam camaatı ədalətli bilmirəm, lazımdır ki başqalarına da xatırladım?

Cavab: İmam camaatı adil bilməyən şəxs üçün iqtida etmək düzgün deyil, ancaq başqalarına demək ona hörmətsizlikdir və cayiz deyil.

83- Sual: Universitetlərdə namazları qəsr olan tələbələr yaxşıdır namazlarını əvvəl vaxtda camaat namazı qılsınlar ya günortadan sonra, vətənlərinə qayıtdıqda, orada tamam qılsınlar?

Cavab: Camaat ilə əvvəl vaxtda qılmaqları daha yaxşıdır.

84- Sual: Ehtimal veririk ki, bəziləri camaat namazında dəstəmazsız iştirak edirlər, iqtida edə bilərik?

Cavab: Camaat namazında iştirak edənlərin dəstəmazının batil olması və ya dəstəmazsız olmaları ehtimalının zərəri yoxdur. Amma bu cür vəsvəsələr, camaat namazında iştirak etməkdən çəkindirməməlidir.

85- Sual: İmamın həmd və surəsi tamam olmamışdan qabaq, üzürlü səbəblərə görə niyyəti füradə etsək, bu halda vəzifəmiz nədir?

Cavab: İmamın həmd və surədən oxumadığı miqdarı oxuyub, bəlkə ehtiyata əsasən həmd və surənin tamamını oxumalısınız.

86- Sual: Camaat namazı vaxtı, füradə halda namaz qılmağın hökmü nədir?

Cavab: Əgər namazı furadə qılmaq, imam camaatın fasiqliyinə işarə etməkdirsə, cayiz deyil və namaz batildir.

87- Sual: Bəzən məsciddə füradə namaz qılarkən caamat namazı təşkil olunur, edə bilərikmi füradə namazdan camaat namazına üdul edək (keçək)?

Cavab: Xeyir, füradə niyyəti ilə başlanan namazı, camaat namazına iqtida etməklə davam etdirmək olmaz.

88- Sual: Müstəhəbbi namazı imamın vacib namazına iqtida etmək olarmı?

Cavab: Xeyir, müstəhəbbi namazlarda iqtida etmək cayiz deyil.

89- Sual: İmam üçüncü rükətdə olanda, bizim ikinci rükətdə həmd və surəyə nisbət vəzifəmiz nədir?

Cavab: Bu halda məmum (iqtida edən) şam və xüftən namazlarında olsa belə, həmd və surəni yavaş oxumalıdır.

90- Sual: Zöhr namazını füradə qılmışam. Əgər camaat namazı bərpa olarsa, zöhr namazını yenidən iqtida edə bilərəm?

Cavab: Bəli, maneəsi yoxdur.

91- Sual: Camaat namazında imam hələ təşəhhüd və salam deyir, məmum namazı davam vermək üçün qalxır, bu halda həmd və surəni ucadan oxumalıdır yoxsa yavaş?

Cavab: Öz vəzifəsinə əməl edəcək, yəni kişi şam, xüftən və sübh namazlarında olarsa, həmd və surəni ucadan və əgər zöhr və əsr namazlarında olarsa yavaşdan oxumalıdır.

92- Sual: İmam camaat öz qəza namazını və ya başqasının qəza namazlarını qıldıqda, ona iqtida etmək olar?

Cavab: Bəli. Qəza namazlarını qıldığına yəqinliyin olarsa, ona iqtida edə bilərsən. amma əgər namazı ehtiyatən qəza qılırsa ona iqtida etmək olmaz.

93- Sual: Əgər məscidi tikdirən və ya məscid ümənası (icma üzvləri) bir nəfərin orada namaz qılmasına razı olmasalar, namazının hökmü nədir?

Cavab: Məsciddə namaz qılmaq məscidi tikdirən və ya məscidin icma üzvlərinin icazəzinə bağlı deyil. O şəxsin namazı düzgündür.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual 32:Qiyamət günü insanlarla yanaşı heyvananlar və quşlar da məhşərə daxil ...
Sual 7: Şeytan bir zamanlar təkallahçı olduğu bir hada bu ayə ona necə şamil ola ...
SUAL-1.Azərbaycan Respublikasında krosnı antenalarından istifadə etmək və orada ...
Sual 9: İmam Hüseyn (ə)-mın qatilləri Muxtar tərəfindən bir-bir tutularaq edam ...
Sual 14: Şeytan deyildikdə Adəmin cənnətdən çixarılmasına səbəb olan şeytan ...
Allahın məkr və hiyləsi ilə insanın hiyləsi arasında nə kimi fərq var؟
Əgər insanın boynunda həm cənabət və həmdə başqa qüsullar varsa necə qüsul ...
Sual 56:Vəlimə ilə vəkirə arasındaki fərq nədən ibarətdir? Hubvə nə deməkdir?
Təqlid hökümləri
MÜSAFİR NAMAZININ HÖKÜMLƏRİ

 
user comment