120- Sual: Ramazan ayının orucunun iftarının kəffarəsi nə qədərdir?
Cavab: Xəstəlik və səfər üzündən orucları iftar edibsizsə və onalrın qəzasını üzürsüz sonrakı ramazan ayına qədər tutmayıbsizsa, hər gün üçün bir müdd təam (750 qram buğda, un və s...) fəqirə verin. Amma bilərəkdən və şəri səbəbi olmadan orucu iftar etdiyiniz üçünsə, 60 müdd təam 60 nəfər fəqirə verin. Hər iki surətdə onların qəzasını da tutmalısınız. Bu barədə digər məsələlərə risalədə orucun kəffarə qismətinə baxa bilərsiniz.
121- Sual: Keçən ilin ramazan ayının oruclarının qəzasını bu ilin ramazan ayına qədər təxirə salmışam, kəffarəsi nə qədərdir?
Cavab: Hər gün üçün bir müdd təam təqribən 750 qram buğda, un , arpa və s... . seyid olmayan fəqirə verin. Sonradan onun qəzasını yerinə yetirin.
122- Sual: Keçən illərin kəffarələri mənim öhdəmdədir, onları keçmiş qiymət ilə ödəməliyəm ya indiki qiymətlə?
Cavab: Kəffarə, fəqiri doyuzdurmaq, yemək vermək və ya 750 qram buğda, un, arpa, və s... ilə yerinə yetirilməlidir. Onun pulunu fəqirə vermək kifayət etmir.