Azəri
Thursday 23rd of May 2024
0
نفر 0

EVLƏNMƏNİN HÖKÜMLƏRİ



229- Sual: Müvəqqəti nigahı daimi nigaha çevirmək üçün necə əməl etməliyik?

Cavab: Gərək müvəqqəti nigahın vaxtı tamam olsun və ya müddətin qalanını ər arvadı bağışlasın. Sonra daimi nikah oxunsun, əgər belə olmasa daimi nigah batildir.

230- Sual: Təlaqın icrasından sonra kişi ya qadın yəqin etsələr ki təlaqın şahidlərindən biri ya ikisi adil olmayıb, bu halda təklif nədir?

Cavab: Əgər yəqin etsələr ki, təlaq vaxtı şahidlər adil olmayıblar, təlaq batil və bir biri ilə evlidilər və ayrılmaq üçün yenidən təlaq oxunmalıdır.

231- Sual: Qadının aylıq adəti halında, evlənmə əqdini oxumaq səhihdirmi?

Cavab: İşkalı yoxdur, əqdin oxunma vaxtı qadının pak olmağı, əqdin düzgünlüyünün şərti deyil.

232- Sual: Nigah əqdində şahidə ehtiyac varmı?

Cavab: İstər müvəqqəti, istər daimi nigahda, şahidin hazır olmasına ehtiyac yoxdur.

233- Sual: Ailənin başçısı xanımın və övladların nəfəqəsini vermədiyi halada, zamindirmi?

Cavab: Ər arvadının nəfəqəsini verməkdən boyun qaçırsa, zamindir və gərək versin. Amma əgər ata övladlarının nəfəqəsini verməsə, günah edib, ancaq şəri zəmanəti yoxdur.

234- Sual: Kafir ilə evlənmək, hansı halda cayizdir?

Cavab: Kafir kişi ilə müsəlman qadının evlənməsi- əhli kitab və qeyri əhli kitab– və müsəlman kişi ilə kafir qadının– qeyri əhli kitab- evlənməsi haram və batildir. Bəli müsəlman kişi edə bilər əhli kitab kafir ilə- yəhudi, xristian və zərtuşt- müvəqqəti əqdlə evlənsin hətta daimi əqdlə də evlənməyi cayizdir, baxmayaraq ki, ehtiyatın əksinədir.

235- Sual: Qadınlar ərlərinin icazəsi olmadan öz gəlirlərini xərcliyə bilərlərmi.?

Cavab: Qadının gəliri özünə aiddirsə, onu xərcləməkdə ərindən icazə almağa ehtiyacı yoxdur. Amma yaxşıdır xanımlar öz ərləri ilə məsləhətləşsinlər ki, yaşayışda küdurətə səbəb olmasın.

236- Sual: Bir kişi bir qadınla evlənib və o qadının öncəki ərindən bir qız uşağı var. Buyururlar ki, bu qız uşağı bu kişiyə məhrəm olur? Sualım budur ki, bu qız uşağı kişinin atasına da məhrəmdir ya xeyr?

Cavab: Sualda qeyd edilən qız uşağı nə kişinin atasına və nə övladlarına məhrəm deyil.

237- Sual: İki bacı ilə müvəqqəti siğə etmək olarmı?

Cavab: İstər daimi evlənmək olsun istərsə də müvəqqəti, iki bacı ilə birgə evlənmək cayiz deyil.
ƏQDİ POZMAĞIN HÖKÜMLƏRİ

238- Sual: Nigah əqdini pozmaq hansı yerlərdə cayizdir?

Cavab: Risalədə əqdi pozmağa səbəb olan eyiblər qeyd olunubdur. Onlardan hər biri qadın və yaxut kişidə olarsa, qarşı tərəfin əqdi pozmaq haqqı vardır. Həmçinin əgər əqdi kürəkən və ya gəlində məxsus bir sifətin (xüsusiyyətin) olması şərti ilə oxuyublarsa, onun əksi sabit olduqda qarşı tərəfin əqdi pozmaq haqqı vardır.

239- Sual: Boşanmaq (təlaq) və əqdi pozmaq (fəsx) arasında olan fərq nədir?

Cavab: A) Təlaqda, təlaqın ixtiyarı kişidədir. Amma əqdi pozmaq (fəsx etmək) qadın tərəfindən də mümkündür.

b) Təlaq, yaxınlıq olmadan qabaq verilərsə, mehriyyənin yarısı kişinin öhdəsindədir. Amma yaxınlıq etmədən qabaq fəsx edilərsə, ərin öhdəsində heç bir şey olmayacaq, təkcə kişini ənən[1] xəstəliyinə xatir qadın əqdi pozarsa, kişi mehriyyənin yarsını ödəməlidir.

v) Təlaq, məxsus əqdin oxunmasına və iki ədalətli şahidin hazır olmasına və s məxsus şəraitə, ehtiyacı var. Lakin əqdi pozmaqda bu şərtlər mötəbər deyil və bu mənanı bildirən hər cümlə ilə yerinə yetirilir.

q) Təlaqda əgər rici olsa qayıtmaq hüququ var. Amma əqdi pozmaqda qayıtmaq haqqı yoxdur.

240- Sual: Pozmaq (fəsx etmək) haqqının nə zamana qədər vaxtı var?

Cavab: Pozmaq və fəsx etmək haqqı çox məhduddur. Bu anlamda ki, qadın ya kişinin qarşı tərəfdə eyibin olmasından məlumatı olduqda və pozmaq haqqını bildikdə, haqq sahibi pozmağa meyillidirsə, fasiləsiz əqdi pozmalıdır. Mövcud vəziyyətə razılıq və ya səhlənkarlıq etməsi, onun pozmaq haqqını aradan aparır.
SÜD VERMƏYİN VƏ
MƏHRƏM OLMAĞIN HÖKÜMLƏRİ

241- Sual: Əgər bir qız uşağı, öz anasından başqasının südünü yeyibsə, o qadının övladlarından hansı birinə məhrəm olur?

Cavab: Əgər süd yemək kamil südvermə və onun şəraiti ilə olubsa, bu qız o qadının bütün övladlarına məhrəm olur.

242- Sual: Qabaqki məsələdə, süd verən ananının övladı bu qızın bacı və qardaşlarına da məhrəm olurlarmı?

Cavab: Xeyir. Süd verən ananının övladları ancaq bu qıza məhrəmdirlər və onun bacı və qardaşlarına nisbət naməhrəmdirlər.

243- Sual: Əqd siğəsini oxuduqdan sonra, hansı şəxslər iki tərəfə məhrəm olurlar?

Cavab: Ər, ərin atası, ata və ana tərəfdən babaları və ərin başqa xanımdan olan övladları qadına məhrəm olurlar. Amma ərin qardaşı, əmisi, dayısı, qardaşı uşaqları və bacısı uşaqları naməhrəmdirlər.

Qadın, qadının anası, qadının ata və ana tərəfdən nənələri, qadının başqa kişidən olan qızları (yaxınlıqdan sonra) kişiyə məhrəm olurlar. Amma qadının bacısı, bacısı uşaqları və onun qardaşı uşaqları, xalası, bibisi kişiyə naməhrəmdirlər.

Xatırlayırıq ki, məhrəm olmağın başqa hissələri daha az düçar olunduğu üçün qeyd edilmədi.

244- Sual: Öz həyat yoldaşını təlaq verən şəxs, həyat yoldaşının iddəsi[2] vaxtında onunla müvəqqəti siğə oxuya bilərmi?

Cavab: Baien[3] boşanmadırsa işkalı yoxdur. Amma reci[4] boşanmada əqd səhih deyil. Yaxınlıq və ya əl vurmaq surətində qayıtmaq hesab olunur.

[1] - Kişi yaxınlıq etməyə qadir olmazsa, bu xəstəliyə "ənən" deyilir.

[2] - Qadının ərə getməyi caiz olmaq üçün tutulan və ya əri öldükdən sonra gözlənilməsi vacib olan müddət.

[3] - Bain təlaq odur ki, kişi, iddə daxilində əqdsiz öz qadınına qayıda bilməz.

[4] - Rici təlaq odur ki, kişi, iddə daxilində əqdsiz öz qadınına qayıda bilər.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual 69:
ORUCUN MÜXTƏLİF HÖKÜMLƏRİ
Uxdud səhabələri kim idi?
SALAMUN ALEYKUM AQA. AYAT HAMAZI OLU INSAN UCUN QILDIRMAQ VACIBDIRMI ? EGER VACIBDIRSE ...
O şəxs ki namazı yatmış halda qılır onun üzü qibləyə olmağı necədir ?
SƏCDƏNİN HÖKÜMLƏRİ
İCARƏNİN HÖKÜMLƏRİ
ŞİRKƏTİN HÖKÜMLƏRİ
Nə üçün Allah təala Quranda « إنّ مع العسر يسراً » “İnnə məəl ...
QÜSLÜN HÖKÜMLƏRİ

 
user comment