Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual: 14. Dinlə mədəniyyətin əlaqəsi nədir?



Cavab: “Din” lüğətdə “itaət etmək”, “tabe olmaq”, “təslim olmaq” və “cəza” mənasınadır. Termində isə, “cəmiyyəti idarə etmək və insanlara təlim-tərbiyə vermək üçün mövcud olan əqidə, əxlaq və qanunlar məcmusu”ndan ibarətdir. Din bəzən haqq, bəzən batil, bəzən də haqq ilə batilin qarışığından ibarət ola bilər.

Mədəniyyət mənasına olan farsca “fərhəng” kəlməsi iki hissədən: “fər” və “həng”dən təşkil olunmuşdur. “Fər” əzəmət və şövkət mənasınadır, əgər şəkilçi kimi işlədilərsə, “irəli” və “çöl” mənasınadır. “Həng” isə Avesta kökündə “çəkmək”, “ağırlıq” və “vüqar” mənasınadır. Mürəkkəb “fərhəng” kəlməsi “yuxarı qaldırmaq” və “irəli çəkmək” mənasınadır.

“Fərhəng” (mədəniyyət) kəlməsinin termində müxtəlif mənaları vardır. Belə ki, onun dəqiq şəkildə araşdırılması çox çətindir. “Fərhəng” məfhumu özünün tarixi inkişafında müxtəlif mənalar kəsb etmişdir. O cümlədən: ədəb, tərbiyə, mərifət, adət-ənənə, təlim-tərbiyə məcmusu, məktəb və ideologiya.

Sosioloqların bəzisi inanır ki, mədəniyyət cəmiyyətin kütləvi şəkildə olan təfəkkür tərzidir ki, ictimai hadisələrdə və rəftarlarda cilvələnir, bütün iqtisadi, ictimai, siyasi, hərbi, maddi və mənəvi işləri öz təsiri altına alır.

Dinlə mədəniyyətin mənasına, eləcə də bu ikisinin əsaslarına və hədəflərinə diqqət yetirməklə, habelə dinlə mədəniyyətin ifa etdiyi rola, təsirlərə, bu ikisinin arasında mövcud olan müştərək cəhətlərə diqqət yetirməklə belə nəticə almaq olar ki, bu ikisinin arasında daim sıx və qırılmaz əlaqə olmuş, din insanın mədəniyyət və sivilizasiyasında təsirli rol ifa etmiş, mədəniyyət də insanların maddi və mənəvi həyat fəaliyyətlərindən layiqincə bəhrələnməsinə səbəb olmuşdur. Bu da düzgün dərk tərzinə və ali hisslərə istinad etməklə əql yönlü həyatda insana yardım edir və insanın təkamül amili olur. Həmçinin, din və mədəniyyət özünün üç hədəfli sistemini təqdim edir və onlardan istifadə edildiyi təqdirdə insan üçün inkişaf və təkamül yolunda çox böyük dəyişikliklərin amili ola bilər.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment