Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual: 25. Dinin siyasətlə uyğunluğu varmı?


Cavab: İlahi tərəfindən göndərilən din dünyanın sonuna qədər bəşəriyyətə səadət yolunu zəmanət verir. Bu o deməkdir ki, onun cəmiyyətin əsasını təşkil edən dövlət və quruluşa biganə yanaşması qeyri-mümkündür. İmam Rza (ə) islami dövlətin zəruriliyi haqda buyurur: “Biz tarixdə elə bir kütlə və ya millət tanımırıq ki, başçı və rəhbərsiz həyat sürmüş olsun. Şübhəsiz, insanların din və dünya işlərinin idarəsində də tədbirli rəhbərə ehtiyacı var və onları rəhbər və başçısız buraxmaq Allah-taalaya rəva deyil. Bir də ki, Öz yaratdıqlarının belə zərurətə ehtiyacı olması Ona tam məlum məsələdir. Deməli, dövlət cəmiyyəti hər hansı təcavüzə qarşı hazır edir, ümumi hüquqlarını bölüşdürür, kütləvi ibadət və namazları bərpa edir, zülmkarlığın qarşısını alır.”
Daha geniş cavab
İslamın qanun-qaydalarının əhatəliyi onların yalnız dövlət formasında mümkünlüyünü tələb edir. Demək olar, hakimiyyətdən kənarlaşdırıldığı surətdə onların əksəriyyəti məna kəsb etməyib, fəaliyyətdən düşür. İmam Rza (ə) cümə namazının təşkili ilə əlaqədar bir hədisdə cəmiyyətin mütəşəkkilliyi barədə buyurur: “Əgər Allah-taala insanlara imanlı, etibarlı və əmanatdar hakim müəyyən etməsəydi, din aradan gedər, ilahi qayda-qanunlar dəyişilər, bidətlər artar, dinsizlər hüdudları pozub-azaldar və beləcə şübhələr müsəlmanlar arasında rəvac tapardı.”
Deməliyik ki, İslam dini öz nizamlı qanunauyğunluqları ilə elə ilkin dövrlərdən müsəlmanlar və qeyri-müsəlmanlar tərəfindən xüsusi rəğbətlə qarşılanmış, Peyğəmbərin (s) o zaman Mədinə şəhərində qurduğu dini dövlət forması çoxlarının diqqətini cəlb etmişdir. Belə ki, 1343-cü hicri-qəməri ilində Misirdə Əli Əbdürrəzzaq adlı bir yazıçının “Əl-İslam və üsulil-hikəm”  kitabında Peyğəmbərin (s) yalnız bir elçi olub, heç bir hökumət işlərinə qarışmadığını iddia etdiyi zaman əlhi-sünnənin əksər alimləri tərəfindən şiddətli etirazla qarşılanmış və günahkar qələmə verilmişdir.  Onun kimilərinin o zaman Kamal Atatürkün Osmanlı xilafətini devirib, Türkiyədə dinsiz quruluşu bərpa etdiyi tarixlə eyni vaxta düşməsi heç də təsadüfi deyil. O zaman Misirdə də Məlik Fuadı müsəlmanların xəlifəsi kimi taxta çıxarılması gözdən yayınmamalıdır. Dinə tam zidd olan belə fikir və hadisələrin İslam dünyasında baş verməsi o zaman qərbin dinsiz-sekulyar təfəkküründən, siyasi-imperialist missiyalarından mənşələnirdi.
Əslində o şəxs, iki mühüm məsələni iddia edirmiş:
1. Peyğəmbərin (s) Mədinədə qurduğu sistem hökumət sayılmır.
2. Mədinədə baş verənlərin din ilə əlaqəsi yoxdur.
O, birinci müddəanı belə əsaslandırmışdır ki, Peyğəmbərin (s) Mədinədə apardığı quruculuq işləri bir dövləti təmsil edən ölçülərlə uyğun deyil. İkinci müddəada isə Peyğəmbər (s) və onun şənini siyasət və hökumət işlərindən qəti uzaq görür.
Onun birinci iddiasına cavab olaraq qeyd edirik ki, əgər biz o dövrün quruluşunu müəyyən bir sistemlə müqayisə etməli olsaq, o zaman tarixdəki ibtidai icma formalarından tutmuş ta böyük imperiyalara qədər hər hansı cəmiyyəti onunla uyğunlaşdırmaq çətin məsələdir. Deməli, hökuməti mənalandıran elə bir ifadə seçmək lazımdır ki, onların hamısını əhatə edə bilsin. Məsələn, belə demək olar:
“Hökumət, cəmiyyətin işlərini idarə edən bir iqtidardır.”
Bu primitiv tərif, demək olar, bütün quruluş formalarını əhatə edir və qanun, məhkəmə, icra və s. orqanlara özündə yer verir.  Tərifdəki “iqtidar” və ya qüdrət ifadəsi isə hökumətin əsasını müəyyənləşdirən ölçüdür.
Bu tərifə əsasən, Peyğəmbərin (s) Mədinədəki hakimiyyəti tam bir hökumət sayılır və həmin quruluş haqda bir çox kitablar yazılmışdır.
Amma Peyğəmbərin (s) hakimiyyətinin dinə əsaslanması isə neçə məsələ ilə aydın olur:
1. İslam qanunlarının əksəriyyətinin icrası dövlətsiz mümkün deyil. Məslən, cəza hökmləri, məhkəmə və ya maliyyə məsəlləri.
2. Peyğəmbər (s) özü bu işlərə bir hakim və vali kimi rəhbərlik edirmiş.
3. Bir də ki, əgər peyğəmbərlik və risalət hökumət və siyasət işləri ilə uyğun gəlmirdisə, nə üçün Peyğəmbər (ə) şəxsən vaxtını belə işlərə sərf edirdi? Bəs, bunlar onu (s) öz əsl vazifəsindən uzaqlaşdırmırdımı? Hətta Peyğəmbər (s) yalnız dini vəzifəsini yerinə yetirirmiş kimi cavab verildiyi surətdə, o zaman dinin siyasətlə geniş əlaqələri olduğu məlum olacaq.Burada daha bir sual diqqəti cəlb edir və o da budur ki, nə üçün Peyğəmbər (s) özü şəxsən bu işlərə qarışırmış və onları məsələn, yaxın səhabələrinə tapşırmırmış?...
Bunu da qeyd edirik ki, Əbdürrəzzaq kimilərinin atdığı şübhələr müasir dövrdə daha artıq rəngarəngləşib. Belə şübhələri düzgün cavablandırmaq üçün isə onların əsl vətəni olan qərb təfəkkür tərzinə varmaq lazımdır. Bir də ki, müasir qərb fəlsəfəsi ilə tanışlıq üçün, ötəri də olsa, həmin mədəniyyətin əsasını təşkil edən xristianlığın tarixi ilə maraqlanmalıyıq.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment