Azəri
Friday 19th of July 2024
0
نفر 0

MÜCADİLƏ (DAVA-DALAŞ)

 

Özünüsevərlik insanı sə’y və fəaliyyətlərə vadar edən onun daxili xüsusiyyətlərindəndir. İnsan daim özünü qorumağa çalışır və bunun üçün də ona təhlükə yaradan bütün daxili və xarici amillərdən uzaq olmağa can atır. Onun təkamül və tərəqqisinin bir hissəsinə səbəb olan da məhz bu daxili hissdir. Lakin həqiqi xoşbəxtlik yalnız o zaman təmin olunur ki, insan istər maddi, istərsə də mənəvi məsələlərdə ifrata yol verməyib təbii xüsusiyyətlərinin qarşısında diz çökməmiş olsun. Bunun üçün də bu nəfsani istəyi təmin edib onun sayəsində əxlaqi dəyərləri inkişaf etdirmək üçün insan düşünüb-daşınmaqda ifrata varmamalı və orta yolu seçməlidir. Çünki, insanı düz yola istiqamətləndirən və onun tüğyanının qarşısını alan, təbii xislət və xüsusiyyətləri deyil, ağıl və şüurudur. Bizi həqiqətdən agah edən və həqiqəti dərk etmək üçün bizə bəsirət gözü verən də məhz odur.

"Özünüsevərlik" hissi öz adi halından çıxıb ifrata üz tutduqda insanın şüuru ciddi təhlükə ilə üzləşir, belə ki, o inkişafdan geri qalmaqla yanaşı, həqiqəti dərk etməkdən də məhrum olar. Belə bir ruhi xəstəliyə düçar olan şəxslər son nəticədə böyük bədbəxtçiliklərlə üzləşirlər və bütün bunlara səbəb olan da onların həddi aşaraq ifrata varmalarıdır.

Hər bir insanın mənəvi yüksəliş və ya tənəzzülü birbaşa onun əxlaq və ruhiyyəsi ilə əlaqədardır. Əxlaqi çatışmazlıqlar həyatın bütün mərhələlərində özünü büruzə verir və insanın bir çox çətinliklərlə qarşılaşdırır.

İnsanın imkan və bacarıq dairəsi, habelə ağıl və şüurundan bəhrələnmək lazım olan zəminələr nə qədər geniş olsa da, özünü sevərlik hissinə nəzarət kimi başqa heç bir şey onun üçün əhəmiyyətli və eyni halda çətin deyildir.

Bunun üçün də hər şeydən əvvəl bu məsələyə diqqət yetirilməli və ifrata yol verilməməlidir.

Çünki, qürur və özünüsevərlik hissi həddini aşdıqda əxlaqi dəyərləri inkişaf etdirmək qeyri-mümkün olur və daxili nəzm olmadıqda da həyatda hər hansı bir müvəffəqiyyətə nail olmaq olduqca çətindir.

MÜCADİLƏDƏN NƏ KİMİ NƏTİCƏLƏR ƏLDƏ EDİRİK?

İctimai və əxlaqi müvəffəqiyyətləri tanımaq, rəftar və davranışlarımızı onun əsasında tənzim etmək bir sıra qanunlardan asılıdır. Hər bir insanın ictimai əlaqələrin bərqərar olunmasında ifa etdiyi rol və üzərinə düşən vəzifələri tanıması onun səadət və bədbəxtçiliyi ilə sıx əlaqəlidir.

Hər bir insanın vücudunun dərinliklərində başqalarına qəlbi bağlılıq hissi vardır. Hamı düzlüyü sevir və təklikdən yaxa qurtarmağa can atır. Lakin nə qədər ki, insanlar ruhi saflıq və batini asayişə nail olmayıblar, nəinki başqaları ilə, hətta özləri ilə belə dil tapa bilməzlər. Sülh və həmkarlıq bütün fəaliyyətlərin əsasını təşkil edir. Başqalarının hüququna riayət səmimiyyət və ünsiyyətin bərqərar olunmasının ən başlıca şərtlərindən birini təşkil edir. İctimai əlaqələr də cəmiyyətdə yalnız belə bir şəraitdə uzun müddət davam gətirə bilər. Belə bir xüsusiyyətə malik olmayan şəxslər isə yaşadıqları cəmiyyətdə başqaları ilə səmimi dostluq münasibətləri bərqərar etməyə qadir olmazlar. Başqalarının narahatçılığına və münasibətlərin pozulmasına səbəb olan xüsusiyyətlərdən biri də "tərslik və inadkarlıqdır". Bu xüsusiyyətə malik olan şəxslər rəftar və davranışlarından agah olmaz və onlara böyük təsir göstərən amillərin nədən ibarət olduğunu bilməzlər. Lakin diqqət yetirmək lazımdır ki, ifratamiz "özünüsevərlik" hissi bu xüsusiyyətin meydana gəlməsinə səbəb olan ən başlıca amillərdən biridir.

İnadkar şəxslər qürurlarını büruzə vermək üçün iştirak etdikləri məclislərdə yerli-yersiz nəzər verərək kiməsə kömək göstərmədən, heç bir əsası olmadan etirazlarını bildirər və məclis iştirakçılarının sözlərini kəsib onları yalançılıqda ittiham edərlər. Beləliklə onlar öz üstünlüklərini sübuta yetirməyə və bəzən də inadkarlıqlarını gizli saxlamağa çalışarlar.

İnadkar şəxslər bu xüsusiyyətə malik olmaqla insafı əldən verər, başqalarının haqqını tapdamaqda və ədalətsizlikdə olduqca cəsur və qorxmaz olarlar. Əlbəttə belə bir əksül-əmələ göz yummaq olmaz. Çünki, şəxsiyyəti təhqir olunan şəxslər belə bir şəraitdə çarəsizlik üzündən əksül-əməl göstərməli olurlar və əldə etdikləri ilk fürsətdə onlardan intiqam almağa can atırlar. Belə bir xoşagəlməz xüsusiyyətin hər hansı bir millət arasında yayılması vahid tərzi-təfəkkürün aradan getməsinə, ardı-arası kəsilməyən keşməkeşlərə səbəb olur. Vurulan zərərləri isə artıq heç bir şey ilə aradan qaldırmaq mümkün olmaur.

Alimlərdən biri deyir:

"Ağıl, zülmətdə insanın qarşısına işıq saçan və ona yol göstərərək çətinliklərini aradan qaldıran hidayət çırağıdır. Ağıl və şüurumuzun vasitəsilə əşyaların səbəb və mənşəyini və onların arasında bərqərar olan əlaqələri dərk etdikcə fəxr edirik. Lakin vay o gündən ki, həqiqəti zor gücünə və ya mücadilə ilə aşkara çıxarmaq istəyək. Çünki, münaqişə yolu ilə nəyəsə nail olmaq qeyri-mümkündür. Yeganə müsbət cəhəti yalnız bundan ibarətdir ki, hər iki tərəfin buraxdığı səhvləri ortaya çıxarır. Lakin bununla biz başqalarının şüur və əqidəsini dəyişərək onları öz tərzi-təfəkkürümüzə tabe edə bilmirik."

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
İmamların anası – Həzrət Fatimə (ə)
VALİDEYNƏ İTAƏT
ZİNAKARLAR HAQQINDA
YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT

 
user comment