Azəri
Friday 3rd of May 2024
0
نفر 0

QURANDA HEÇ BİR ZİDDİYYƏT YOXDUR

 

Deyirlər ki, Quranda bir-biri ilə ziddiyyət təşkil edən mətnlər, bizdə onun ilahi vəhy və səmavi kitab olduğuna dair şəkk və şübhə yaradır.

Cavab:

Ərəb dilində «yovm» kəlməsi gün (gün çıxandan gün batana qədər olan zaman) mənasında işlənilir. «Ləyl» isə (axşam) gündüzün müqabilində istifadə olunan ifadədir.

69-cu surənin 7-ci ayəsində deyilir:

«Allah, küləyi yeddi gecə səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi.»

Göründüyü kimi burada «yovm» kəlməsi gündüz, «ləyl» isə gecə mənasında işlədilmişdir. Bəzən də «yovm» kəlməsinin gecə və gündüz mənasında işlədilməsinin şahidi oluruq.

«[Saleh onlara dedi] Daha üç gün yurdunuzda yaşayıb keyf çəkin.» (Hud-65).

Belə ki, «ləyl» kəlməsi bəzən gecəyə, bəzən də günəşin üfüqdə gizlənməsinə deyilir.

«And olsun günəşə və onun işığına [günəşin qaldığı vaxta].» (Şəms-1).

«Yeddi gecə səkkiz gün ardı-arası kəsilmədən...» (Haqqə-7).

Bəzən də «ləyl» gündüzlə gecəyə deyilir.

«[Bir daha] xatirinizə gətirin ki, biz Musaya [Tur dağında vəhy üçün] qırx gecəlik vədə vermişdik.» (Bəqərə-51).

Göründüyü kimi, birinci ayədə «yovm» gecə ilə gündüz, ikinci ayədə isə «ləyl» gecə-gündüz, yəni bir gün mənasında işlənmişdir.

Bu iki ifadə - «yovm və ləyl» Qurani-kərimin digər ayələrində də gecə-gündüz mənalarında işlənmişdir.

Buradan belə məlum olur ki, ayədə istifadə olunan bu ifadələrin hər biri eyni məna daşıyır. Demək, ayədə ziddiyyət deyil, əksinə uyğunluq nəzərə çarpır. Hər iki ayə bir-birini təsdiq və təfsir edir.

Ziddiyyət o zaman ola bilərdi ki, «ləyl» yalnız gecə, «yovm» isə yalnız gündüz mənasını daşımış olsun. Bir halda ki, «ləyl», həm də «yovm» gecə və gündüz mənalarını verir və belə olduqda heç bir ziddiyyətdən söhbət açmaq olmaz.

Bu, inkarolunmaz bir həqiqət olsa da, bəzi inadkar və təəssübkeş insanlar Quranın əzəmətinə xələl gətirmək məqsədilə belə bir məntiqsiz iradlara əl atırlar. Belə bir ixtilafı Məttanın incilində də müşahidə edirik.

Orada deyilir: «Məsih ölməzdən əvvəl, dünyasını dəyişdikdən sonra cəsədinin yerdə yalnız üç gün dəfn olunacağı haqda xəbər verdi.» (12-ci fəsl).

Lakin həmən kitabın digər fəsillərində və digər incillərdə bu haqda deyilir: «Məsih çox qısa bir müddət ərzində yerdə dəfn olundu. Onun cəsədi yalnız cümə gününün axırı, bazar və bazar ertəsi günləri yerdə dəfn olundu.

Bu incilləri diqqətlə mütaliə etdikdən sonra, onu ilahi vəhy adlandıran şəxslərdən soruşun: Dediyiniz üç gecə-gündüz ilə incildəki gecə və gündüz arasında nə kimi oxşarlıq görürsünüz?!

Təəccüb doğuran burasıdır ki, qərb alimləri xurafat və mövhumatlarla dolu olan incil və tövrata iman gətirib, haqq-ədalət meyarı olan Qurandan üz çevirir və onun əzəmət və böyüklüyünü dərk etmək istəmirlər.

Nə etmək olar, haqsevər insanlar az, təəssüb fəlakətinə düçar olanlar isə olduqca çoxdur.

2-ci irad:

Deyirlər ki, Ali İmran surəsinin 41-ci ayəsində Zəkəriyya peyğəmbərin dualarının qəbul olunması əlaməti üç gün göstərilir.

«[Allah] dedi: Sənin nişanən üç günün ərzində adamlarla yalnız işarə ilə [əl, baş və gözlə] danışmaq olacaqdır.»

Lakin başqa bir yerdə həmən əlamət üç gecə göstərilib.

«[Allah] dedi: Əlamətin budur ki, sən sağlam ikən üç gecə adamlarla danışa bilməyəcəksən.» (Məryəm-10).

Ayədəki ziddiyyət göz qabağındadır. Belə ki, birinci ayədə həzrət Zəkəriyyanın dualarının qəbul olma əlaməti üç gün, digər ayədə isə onun üç gecə sükut edib heç bir şey danışmaması göstərilir.

4-cü irad:

Onlar deyirlər: Quranda nəzərə çarpan ikinci ziddiyyətli məsələ bundan ibarətdir ki, bəzən insanların öhdəsinə düşən vəzifə yalnız onların özlərinə aid edilir «Kim istəyir inansın, kim də istəyir inanmasın [kafir olsun]» (Kəhf-29), bəzən də bütün işlərin Allahın ixtiyarında olduğu bəyan edilir.

«Allah istəməsə siz bunu istəyə bilməzsiniz.» (Dəhr (insan)-30).

Ümumilikdə götürsək, Quranın bəzi ayələrində insanlar ixtiyar sahibi kimi qələmə verilir. Bəzi ayələrdə də onların heç bir ixtiyara malik olmadıqları və bütün işlərin Allahın istək və iradəsi ilə həyata keçməsi bildirilir.

Bu ayələr arasındakı ixtilaf və ziddiyyətlər göz qabağındadır və onlara heç cür don geyindirmək olmaz.

Cavab: Quran insanların öhdəsinə düşən vəzifələri bəzən onların özlərindən, bəzən də Allahın istək və iradəsindən asılı olduğunu bəyan edir. Əlbəttə, onların hər biri öz yerində tamamilə düzgün və nöqsansızdır. Lakin, bunun bir neçə səbəbi vardır.

1. Hər bir insan öz fitrəti ilə bu həqiqəti dərk edir ki, o bəzi işləri öz ixtiyarı ilə görməyə qadir olduğu kimi, onu tərk də edə bilər.

Bu səbəbdən də əql və düşüncə sahibləri insanları gördükləri saleh əməl və xeyirxah işlərə görə daim tərifləyir, nadan insanları isə tənqid atəşinə tuturlar. Demək, insanlar öz işlərində tamamilə azad və muxtar yaradılmışdır. Sağlam düşüncəli hər bir insan bu həqiqəti də dərk edir ki, o özünə aid olan işlərdə azad olsa da, görəcəyi əksər işlərin bir sıra başlanğıc və müqəddiməsi onun ixtiyarından xaricdir.

Məsələn, insanın görəcəyi işlərə səbəb olan müqəddimələrdən biri də onun özünün mövcud olmasıdır. Həyatı, onu əhatə edən varlıqları dərk etməsi, görmək istədiyi işlərə qarşı rəğbət bəsləməsini buna misal vurmaq olar. Diqqət yetirilsə məlum olar ki, insanın görəcəyi işlərin özünü onun öz istəyi ilə, həmin işlərin müqəddiməsini isə Allah-taalanın istək və iradəsi ilə əlaqələndirmək olar.

2. Fəlsəfədə sübuta yetirilmişdir ki, aləmdə mövcud olan varlıqları yaradan Xaliq, onları yaratdıqdan sonra heç bir məxluqu öz ixtiyarına buraxmaz və onların idarəçiliyində bir an da olsa belə, qəflət etməz. Məxluqat yaranışda Xaliqə ehtiyaclı olduğu kimi, idarəçilik və həyatı davam etdirməkdə də qırılmaz şəkildə Ona bağlıdır. Demək, aləmdə mövcud olan varlıqlardan heç biri Allahın istək və iradəsi olmadan bir an olsun belə, davam gətirə bilməz.

Yaradan ilə yaradılmışlar arasında olan bağlılığı, bənna ilə onun tikdiyi bina arasında olan rabitəyə oxşada bilmərik. Binanın tikilişi bənnadan asılı olsa da, tikildikdən sonra bənnanın olub-olmaması həmin bina üçün heç bir əhəmiyyət kəsb etmir. Biz bu misalı şairlə onun yazdığı şerə də bənzədə bilərik. Belə ki, həmin şer üçün şairin yaşayıb-yaşamamasının heç bir fərqi yoxdur.

Yaradanla yaradılmışlar arasında olan rabitəyə, işıqla işıq mənbəyi arasında olan rabitəni misal çəkə bilərik. Belə ki, lampa öz ətrafını işıqlandırmaq üçün ilk növbədə elektrik mənbəyindən kifayət qədər enerji almalıdır. Bu proses qırılmaz şəkildə həyata keçməli və bir an olsun belə, elektrik lampası və enerji mənbəyi arasında olan əlaqə kəsilməməlidir. Ani olaraq bu rabitənin kəsilməsi ilə ətrafa qaranlıq çökəcəkdir.

Elektrik lampasının öz nur və hərarətini qoruyub saxlaması üçün onun enerji mənbəyi ilə qırılmaz rabitəsi tələb olunduğu kimi, aləmdə mövcud olan bütün varlıqların da öz həyatlarını davam etdirməsi üçün yaradıcı qüvvəyə, hər şeyə həyat verən, elmi, qüdrəti hər şeyi əhatə edən mütləq bir varlığa ehtiyacları vardır.

Bu ehtiyac hissi varlıqların yaradıldıqları ilk gündən mövcud olacağı son ana qədər davam edir. Onun rəhməti hər şeyi əhatə edir və yaratdığı varlıqları bir an olsun belə nəzərindən qaçırmayır. Xaliq ilə məxluqat arasında olan rabitə labüd və qırılmazdır. Bu rabitənin bir anlıq kəsilməsi həyat çırağının sönərək aləmin zülmətə qərq olması ilə bərabərdir.

Demək, insanın gördüyü işlər ya cəbridir (icbari), ya da ixtiyari (azad). O, bu iki ünsürün hər birindən istifadə edir. Belə ki, o, öz güc və qüvvəsindən istifadə etməklə görəcəyi və tərk edəcəyi işlərdə azad olsa da, ixtiyarında olan qüdrət və istedadlardan istifadə etməkdə öz Xaliqinə tamamilə möhtacdır. Belə bir nəticəyə gəlirik ki, insan gördüyü işlərdə müəyyən qədər azad olsa da, bəzi səbəblərə görə Allahdan asılıdır.

Quran da bizə bu həqiqəti başa salmaq istəyir ki, insan azad varlıq olsa da, görəcəyi işlər Allahın istək və iradəsindən asılıdır. Kəlam alimləri bu məsələni dini termin olaraq «Əmrun beynə əmreyn» adlandırmışlar. Vahid məktəb halını almış belə bir təfəkkür tərzi daha da formalaşaraq «cəbr» (yəni, insan bütün işləri ixtiyarsız və məcburi olaraq həyata keçirir) və «təfviz» (yəni, insan özünü tam ixtiyar sahibi bilərək bütün işlərini öz istək və iradəsi ilə həyata keçirir) adlanan iki ziddiyyətli nəzəriyyəni batil etmişdir. Mətləbi daha da aydınlaşdırmaq üçün bu barədə sadə bir misal çəkməyi daha məqsədə uyğun görürük.

Bir anlıq əlini tərpədə bilməyən əlil bir şəxsi gözləriniz önünə gətirin. Əlini hərəkətə gətirə bilmədiyi üçün onu müalicə edən həkim kiçik elektrik cihazının vasitəsilə cərəyan yaratmaq və onun qolunu hərəkətə gətirməklə bəzi işləri görməkdə ona köməklik edir. O, elektrik cərəyanını kəsdikdə, əlil yenə də hərəkətsiz qalır. Sonra elektrik cərəyanını yaratmasını onun öz ixtiyarına qoyur və beləliklə də o, xəstənin əlini hərəkətə gətirməsində heç bir rol oynamır. Bundan belə o, bizim nəzərimizdə elektrik cihazını ixtira edən adi bir şəxs kimi olacaqdır. Xəstənin öz əlini hərəkətə gətirməsini də, qeyd etdiyimiz kimi «Əmrun beynə əmreyn» prinsipi əsasında qəbul edəcəyik. Çünki, xəstənin əlini hərəkətə gətirib-gətirməməsi öz ixtiyarındadır və kimsə onu bu işə vadar etmir. Lakin unutmaq olmaz ki, o bu işi öz ixtiyarı ilə həyata keçirsə də, elektrik cihazının cərəyana qoşulub oradan ayrılması onu müalicə edən həkimin ixtiyarındadır. Demək, xəstənin əlini hərəkətə gətirməsində nə həkim, nə də xəstə tam ixtiyara malikdir.

Bu səbəbdən də kəlam alimləri insanın gördüyü işləri nə cəbr və nə də təfviz adlandırırlar. Onların fikrincə insan görmək istədiyi işləri öz iradəsi ilə həyata keçirsə də, Allahın istək və iradəsi də buna təsir göstərir və nəzərdə tutulan işlərin həyata keçməsi üçün lazımı şərtlər tələb olunur. Quranda rast gəldiyimiz bir çox ayələr bu mətləbə dəlalət edir. Burada insanın tam ixtiyar sahibi olması ilə yanaşı, Allahın da istək və iradəsinin təsirli olması açıq-aşkar bəyan olunur. Bu mətləbə Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə də rast gəlmək olar.

Hədislərdən birində deyilir:

«İmam Sadiqin (ə) səhabələrindən biri ondan soruşur: Allah öz bəndələrini xoşagəlməz işlərə vadar edirmi?

Buyurdu: Xeyr.

Dedi: O, bütün işləri öz bəndələrinin öhdəsinə buraxıbdırmı?

Buyurdu: Xeyr.

Dedi: Elə isə, Allahla insanlar arasında olan bu bağlılığı mənə izah edin.

İmam (ə) buyurdu: Allah-taala öz lütf və mərhəmətini öz bəndələrinin üzərindən bir an olsun belə, kəsmir və insanlar gördükləri işlərdə cəbr ilə təfviz arasında olan mərhələni qət edirlər.» (Üsuli-kafi. Tövhid, Cəbr və təfviz, əmrun bəynə əmreyn fəsli).

İmam Sadiqdən (ə) nəql olunmuş başqa bir rəvayətdə deyilir: «Bu nə cəbrdir nə də təfviz, (ixtiyar) sadəcə olaraq onların arasında olan bir mərhələdir.» (Həmin mənbə).

Yuxarıda qeyd olunan mətləblərdən belə bir nəticəyə gəlirik ki, Quran ayələri zahirdə cəbr və ixtiyara dəlalət etsə də, əslində heç bir ziddiyyət olmadan eyni məna və eyni məqsəd daşıyırlar. Bu ayələr (cəbr və ixtiyara dəlalət edən ayələr) bir-birini tamamlayır və təfsir edir. Belə ki, ayələrə istinad etməklə belə bir qənaətə gəlirik ki, insanın gördüyü işlər həm onun özündən, həm də Allahın istək və iradəsindən asılı olur. Bu növ əqidə tərzi Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə dəfələrlə rast gəldiyimiz «əmrun beynə əmreyn» yoludur.

QURANIN ECAZINDA ZİDDİYYƏT

5-ci irad:

Onlar deyirlər: Əgər insanların Quran kimi ikinci bir kitab təlif edə bilmədiklərini möcüzə hesab edəriksə, onda Eqleydsinin və Maçestinin kitablarını da möcüzə adlandırmalıyıq. Yəni, təkcə müəyyən bir kitabın oxşarının yazılmaması möcüzə hesab edilərsə, onda dünyada nə çox kitablar vardır ki, onların da bənzəri yoxdur.

Cavab:

Əvvəla, adları çəkilən bu iki kitabın oxşarının yazılması heç də çətin bir iş deyildir və kimsə bu kitabların bənzərinin hazırlanmasının qeyri-mümkünlüyünü ehtimal belə verməyib. Tarixə nəzər saldıqda da bu kitabların qarşısında kimsənin aciz qalmadığının şahidi oluruq. Çünki, son dövrün alimləri bu kitablardan dəfələrlə elmi və mükəmməl kitablar yazıb-yaratmışlar. Buraya əlavə mətləblər daxil edilmiş və nəzərə çarpan fəsillərdə müəyyən dəyişikliklər aparılmışdır. Bunu da qeyd edək ki, bir qədər əvvəl möcüzə haqda söhbət açdıqda möcüzənin şərtlərindən bir neçəsinə işarə etdik. Onlardan biri bu idi ki, möcüzə peyğəmbərlik iddiası edən şəxsin doğruluğunu sübuta yetirməli və onun iddiası ilə müvafiq olmalıdır. Və möcüzənin digər şərtlərindən biri də onun təbii qanunlardan xaric olmasıdır. Bu kitablarda isə bu xüsusiyyətlərin heç birini müşahidə etmirik.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Doqquzuncu imam imam həzrət Məhəmməd Təqi (ə)
İmam Əliyyibnil-Hüseyn Zeynül-abidin (əleyhissəlam)
Müqəddəs Quran və əsas insan haqları (3)
MÜHARIBƏDƏN QAÇMAQ
İmam Səccadın(ə) şəhadət günü
YƏ᾽QUB İBNİ İSHAQ
İlahi bərəkəti cəlb etməyin 8 yolu
BU SUALLARIN IZAHI
ÜÇÜNCÜ HEKAYƏT
İslamda əsas hədis qaynaqları

 
user comment