Sünni alimi üç gün hərəmi tərk etməyib ibadətlə məşğul olur...
İmam Rzanın(ə) Əhli-sünnət aliminə şəfa verdi
Əhli Beyt xəbər agentliyi- İmam Əli ibn Musa ər-Rzanın (əleyhis səlam) hərəminin məsullarından birinin shia-online saytına verdiyi xəbərə görə əhli-sünnət alimlərindən biri İmam Rzanın (əleyhis səlam) hərəmində şəfa tapıb.
O deyib ki, Əfqanıstanın Herat şəhərinin məscidlərindən birinin imam camaatı olan Mövləvi Sultan Məhəmməd ateroskreloz (ürək damarlarının tutulması) xəstəliyindən əziyyət çəkirmiş. Bir müddət öncə o yuxuda Həzrəti İmam Rzanı (əleyhis səlam) görür ki, İmam Rza (əleyhis səlam) onu Məşhədə ziyarət etməyə dəvət edir və şəfasını verəcəyini bildirir. O yuxudan ayılanda yuxusuna əhəmiyyət vermir və müalicə üçün Pakistana getməyi nəzərdə tutur. Amma yenə yuxuda Həzrəti İmam Rzanı (əleyhis səlam) görür ki, yenə onu Məşhədə dəvət edir.
Mövləvi Sultan Məhəmməd dilindən rəvayət edən hərəmin məsul işçisi daha sonra deyib ki, hənəfi məzhəbində olan Sultan Məhəmməd gördüyü yuxunu dost-tanışına danışır və bəziləri ona “şirk etmə” tövsiyəsi edirlər. Amma o Məşhədi ziyarət edəcəyini qətiləşdirir və 168 nəfərdən ibarət bir karvana qoşularaq Məşhədə ziyarətə gəlir.
Mövləvi Sultan Məhəmməd baxmayaraq ki, Məşhəddə heç vaxt olmayıb və İmam Rzanın (ə) hərəmini ziyarət etməyib hərəmə daxil olan zaman hərəm ona doğma və tanış gəlir və yuxuda elə bu hərəmi gördüyün xatırlayır. Hətta İmam Rzanın (əleyhis səlam) gözəl simasını harada gördüyü yeri də axtarıb tapır. Üç gün hərəmi tərk etməyib ibadətlə məşğul olur. Üç gündən sonra karvan yoldaşlarım onu hərəmdə tapıb deyirlər ki, bəs sən xəstəsən gəl gedək bir özünü həkimə göstər. Yol gəlmişik yol sənə pis təsir edə bilər... Amma o deyir ki, mən artıq şəfa tapmışam və həkimə ehtiyac duymuram. Lakin onların çox israr etməsini görüb həkimə müraciət edir ki, həkim onun ürəyində heç bir problemin olmadığını bildirir.
Qyd edək ki,Mövləvi Sultan Məhəmməd həftənin cümə günü Quma səfər etməyi planlaşdırır ki, orada din alimləri və mərcei-təqlidlərlə də görüşsün.
source : ابنا