Azəri
Friday 19th of July 2024
0
نفر 0

KUMEYL DUASI

KUMEYL DUASI

Kumeyl duasının şərhi

Hüseyn Ənsariyan

Aşiq ariflər arif aşiqlər bütün dualar içərisində Kumeylduasının məqamını, insanın bütün yaranmışlar

arasında olan məqamı kimi bilmişlər. Varlıq aləmində bütün mövcudların ən şərəflisi insan olduğu kimi, duaların da ən şərəflisiKumeylduasıdır. Tanınmış alim Əllamə MəclisiKumeylduasını ən üstün dua hesab edir. Mərhum alim Seyyid ibn Tavusun “İqbalkitabına əsaslanaraq özününZadulMəadkitabında yazır: “Kumeyl deyir ki, bir gün Bəsrə şəhərində Mövlam Əlinin yanında oturmuşdum. Şə`banın on beşinci gecəsindən söz düşdü. Həzrət Əli (ə) buyurdu ki, hər kəs bu gecəni oyaq qalıb ibadət etsə Həzrət Xızrın (ə) duasını oxusa, duası hökmən qəbul olar. Sonra Həzrətin xidmətinə gedib xahiş etdim ki, bu duanı mənə öyrətsin. O buyurdu: “Ey Kumeyl! Elə ki, bu duanı öyrəndin, ya hər cümə axşamı, ya ayda bir dəfə’ ya ildə bir dəfə’ ya da ömründə bir dəfə onu oxu. Bu dua səni düşmənlərin şərrindən qoruyar, sənə ruzi yetirər günahlarını bağışladar. Ey Kumeyl! Belə bir ne`mət kəramətlə ucalmağının səbəbi uzun müddət göstərdiyin xidmətlərdir. Otur, yaz...” Rəbbani alim Mərhum Kəf`əmiMisbahkitabında yazır ki, Həzrət Əli (ə) bu duanı səcdə halında oxuyardı.

Bu duanı oxuyan şəxs bir sıra şərtlərə əməl etməklə yanaşı üzü qibləyə olmalı, müt`i görkəm, sınıq qəlb, xalis niyyət, ağlar göz qəmli səslə oxumalıdır. Sözsüz ki, bu halda oxunan duanın qəbuluna ehtimal çoxdur. ( “Мәһәҹҹәтүл-бәјза”, 2-285)

Ağlar göz Allah hüzurunda böyük e`tibara dəyərə malikdir. Göz yaşı  günahların bağışlanmasına, Allahın qəzəbinin soyumasına ilahi rəhmətə qovuşmağa səbəb olur. İmam Sadiq (ə) buyurur: “Bir damla göz yaşı dəryalarca atəşi söndürür. Göz yaşardığı vaxt zülmət xarlıq çöhrədən çəkilər. Göz yaşı axıdan kəsə Allah Cəhənnəmi haram edər. Doğrudan da gözü ağlar bir ümmət hər halda mərhəmətə çatar.” ( “Кафи”, 2-481) Həzrəti İmam (ə) başqa bir hədisdə buyurur: “Yalnız üç göz Qiyamətdə ağlamaz: Allahın haram buyurduğuna qapanan göz, Allah yolunda yuxusuz qalan göz, gecə yarı Allah qorxusundan ağlayan göz.”

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
İmamların anası – Həzrət Fatimə (ə)
VALİDEYNƏ İTAƏT
ZİNAKARLAR HAQQINDA
YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT

 
user comment