Azəri
Friday 19th of July 2024
0
نفر 0

Bəşərin böyük müəllimi

Bəşərin böyük müəllimi

Bizim yaşadığımız bu əsr - əxlaqdan dərs almaq əsridir. İnsanın bu gün ictimai həyatda ən çox ehtiyac duyduğu şey - gözəl əxlaqa malik olmasıdır. Əxlaqı da əxlaq müəllmindən öyrənmək lazımdır. Həmin müəllim özü də gərək gözəl əxlaqa malik olsun. Bu zaman həmin əxlaq müəllmindən öyrəndiklərimizin əhəmiyyəti daha böyük olar. Həm əxlaq müəllimi və həm də əxlaq nümunəsi olan insan - əziz Peyğəmbərimiz Həzrət Muhəmməddir (s).

Bu böyük şəxsiyyətdən bəhrələnmək üçün onu yaxından tanımağa çalışaq.

1. O Həzrət (s) insanlarla xoş rəftar idi. “Harada olursansa-ol, Allahdan qorx. Günahın ardınca yaxşı əməl gör ki, onu məhv etsin. İnsanlarla xoşrəftar ol”.

2. Allah dərgahında ən sevimli bəndə idi. Həzrət (s) buyurur: “Allah yanında ən yaxşı insan o insandır ki, xasiyyəti gözəl olsun”.

3. Başqalarına zülm etməzdi. “Zülm etməkdən çəkinin ki, zülm etmək Qiyamət günü zülmət mənbəyidir”. Yəni, hər kim zülm edər, Qiyamət günü qaranlıqda və zülmətdə qalar. Heç kəs fəryadına çatmaz.

4. Məzlumun nifrinindən qorxudardı. “Məzlumun nifrinindən qorxun, hətta əgər kafir olsa belə. Çünki məzlumun nifrininin qarşısında heç bir pərdə və maneə yoxdur”.

5. Dəvəti və hədiyyəni qəbul edərdi. “Dəvəti qəbul edin, hədiyyəni rədd etməyin, müsəlmanı vurmayın”.

6. Dostluq və düşmənlikdə mötədil idi. “Dostluqda mötədilliyi saxla ki, ola bilsin ki, dost bir gün düşmən olsun. Düşmənçilikdə ifrat etmə ki, ola bilsin düşmən bir gün dost olsun”.

7. Qonşuya yaxşılıq edərdi. “O şeyi ki, özün üçün istəyirsən, insanlar üçün də istə ki, mömin olasan. Qonşuya yaxşılıq et ki, müsəlman olasan”.

8. Dilini həmişə hifz edərdi. “Allah yanında ən yaxşı əməl - dili saxlamaqdır”.

9. Sözün ən gözəlini deyərdi. “Mənim nəzərimə görə ən gözəl söz odur ki, düz olsun”.

10. Həzrətin (s) nəzərinə görə ən gözəl ev - yetim evi idi. O, buyurur: “Allahın nəzərində sizin ən yaxşı eviniz o evdir ki, orada yetim möhtərəm olsun”.

11. Uzaqgörən idi. “O kəs ki, başqalarından daha çox qəzəbini yatızdıra bilir, hamıdan uzaqgörən olar”.

12. Valideynlərlə rabitəyə dəvət edərdi. “Atanla dostluğunu qoru”.

13. Heç bir zaman əmanətə xəyanət etməzdi. “O kəs ki, səni əmin hesab edir, əmanətinə riayət et. O kəs ki, sənə xəyanət edir, ona xəyanət etmə”.

14. Gözəl əxlaqa malik idi. “O zaman ki, dini və xəlqi razılığa səbəb olan biri elçiliyə gələrsə, ona qız verin. Əgər belə etməsəniz, yer üzündə fitnə və fəsad çox olar”.

15. Böyüklərə hörmət edərdi. “O zaman ki, tayfa başçısı sizin yanınıza gəlir, onu böyük hesab edin (yəni hörmət edin)”.

16. Həzrət Peyğəmbər (s) dünyanın ən təvazökar bəndəsi idi. O, buyurur: “Allah mənə əmr etmişdir ki, təvazökarlıq edəsiniz. Bu zaman sizlərdən biri o birisinə təkəbbür etməz”. Həzrət (s) nə zaman yolunun üstündə uşaq görsəydi, ona salam verərdi. Həzrət buyurur: “Mömin bəndələrə qarşı təvazökarlığı və yumşaqlığı öz yolun qərar ver və onlarla mehriban və səfa ilə rəftar et”.

17. Güzəşt etməyi sevərdi. “Sizlərdən güzəşt edənlərə eşq olsun. Çünki güzəşt bəndənin izzətini artırar. Bir-birinizə güzəşt edin ki, Allah da sizi əziz tutsun”.

18. İnsanlara təşəkkür edərdi. Həzrət buyurur: “O kəs ki, insanların yaxşılığına görə onlara təşəkkür etməz, Allahın şükrünü də qazanmaz”.

Əziz Peyğəmbərimizdən (s) öyrənəcəyimiz hələ çox şey vardır. Bizim vəzifəmiz onun buyurduqlarına əməl etməkdir. Əgər əməl etsək, həm onun və həm də Allahın rizayətii qazanmış olarıq.


source : http://deyerler.org/
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
İmamların anası – Həzrət Fatimə (ə)
VALİDEYNƏ İTAƏT
ZİNAKARLAR HAQQINDA
YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT

 
user comment