Azəri
Sunday 21st of July 2024
0
نفر 0

İslam Peyğəmbərinin (s) qardaşları olmaq" - seminarı

Seminarı Məşhədi Şahin tərəfindən Qurani-Kərimdən müqəddəs surələrin tilavəti ilə başladı.

Sonra aparıcı Hacı İbrahim mövlud münasibəti ilə bütün musəlmanları və İmam Zaman ağaya (ə.f) seminar adından təbrik ərz etdi. Sonra aparıcı İslam Peyğəmbərinin (s) həyatı haqqında qısa məlumat verdi. Həzrət Peyğəmbərin (s) müqəddəs adlarını və mübarək ləqəblərini sadaladı.

Sonra çıxış edən Məşhədi Mətləb, Rəsullallahın (s) möcüzələri haqda danışdı. Bu möcüzələr sırasında "Kösvər" surəsinin nazilolma təfərrüatını və Rəsulallahın (s) Meracını qeyd etdi.

Sonra isə söz Məşhədi Şahinə verildi. O, İslam Peyğəmbəri (s) və əxlaq mövzusunda danışdı.

Çıxış edən Məşhədi Elman, İslam Peyğəmbəri (s) barədə dünya dahilərinin dediklərini seminar iştirakçıllarına catdırdı.

Sonra isə söz Kərbalayi Elxana verildi. Kərbalayi Elxan "İslam Peyğəmbərinin (s) qardaşları" mövzusunda çıxışında əsrlər sonra Peyğəmbərimizə (s) iman gətirənlərin yüksək missiyasından danışdı. Qeyd olundu ki, günlərin birində Həzrət Muhamməd (s) səhabələrinin yanında buyurur: “Ey mənim Allahım, mənə imkan yarat, qardaşlarımı ziyarət edim”. Sonra səhabələrinə üzünü tutub buyurdu: “Mənim salamımı qardaşlarıma yetirin ta o vaxta qədər ki, o insanlar dünyaya gələr”. Səhabələr sual etdi: “Ya Peyğəmbər (s), sənin qardaşların kimdir?”. Həzrət Peyğəmbər (s) buyurdu: “Mənim qardaşlarım o ümmətimdir ki, axır zamanda gələrlər. Onlar elə bir zamanda yaşayacaqlar ki, hər tərəf fitnə-fəsadla dolar. Buna baxmayaraq onlar məni görmədən mənə iman gətirərlər”.

Seminarda "İlahi, bizlərə də Peyğəmbərimizin (s) o salamından nəsib et!" - deyə dualar edildi

Sonda tədbirdə bir daha təbdiklər səsləndirildi.

Seminar "Fərəc" duasının cəmlə oxunması ilə bitdi.


source : http://deyerler.org
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”
Obaşdanda şiriniyyatdan istifadə etməyin!
İsntanbulda Fars dili də tərcümə dərsləri başlayıb
Fələstindaə İslam şəriətinə uyğun qiymətli kağızlar satışa çıxarılacaq
Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...

 
user comment