Azəri
Tuesday 30th of April 2024
0
نفر 0

Orucluq - yoxsa aclıq?

Orucluq - yoxsa aclıq?

Nə üçün hədislərdə deyilir ki, oruc tutanların çoxlarının orucdan olan bəhrə və nəsibləri aclıqdan başqa bir şey deyil?!

Orucluq - yoxsa aclıq?

Allahın adı ilə

İnsan yer üzünün ən üstün varlığı olub, müxtəlif istedadlara malik olmasına baxmayaraq çox hallarda özünü dəyərləndirməyib zəlalət yolunu seçir.

Uca və Əzəmətli Allah varlıqları üç cür yaratmış,bunlardan birincisini (mələkləri ) sırf əql, düşüncə və elmdən, ikincisini(heyvanları) isə qəzəb və şəhvətdən xəlq etmişdir.Belə ki,mələklərdə qəzəb və şəhvət kimi dünyəvi heç bir hiss olmadığı halda, heyvanlar isə bunun əksinə olaraq tam dünyəvi məxluqlardır və Quranda deyilən "ilahi ruh"dan onlarda heç bir şey yoxdur.Lakin, Allah insanda həm mələklərdə, həm də heyvanlarda olan xüsusiyyətləri cəmləmiş və mələklərdən belə yüksəyə ucalıb heyvanlardan da aşağı enməyi öz(nəfsinin) ixtiyarında qərar vermişdir.Necə ki,Qurani-Kərimdə deyilir:

"Həqiqətən Biz, insanı [sonrakı mərhələdə ata-anasının toxumundan ibarət] qarışıq bir nütfədən yaratdıq. Biz onu [dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə] imtahana çəkəcəyik.Biz onu eşidən və görən yaratdıq."(İnsan-2)

Bu günkü dillə desək onun(insanın) genində böyük istedadlar vardır. O, istedadlarını düzgün istiqamətləndirib İslam dininin göstərişlərinə əməl edərsə səadətə yetişə bilər. Ümumilikdə İslam əhkamı və əxlaqı insanı kamil şəkildə yetişdirmə proqramlarıdır ki, Mübarək Ramazan ayı orucu da bunlardan sadəcə biridir.

Mübarək Ramazan ayı nəfsin təmizlənməsi, eyb və nöqsanların aradan qaldırılaraq islah edilməsi, əql, iman və iradənin nəfsi istək və şəhvətlərə qələbəsi, dua, Haqqın pərəstişi, Allaha doğru yüksəliş, ruhun təkamülə doğru aparılması və zərifləşdirilməsi proqramıdır. Əgər Ramazan ayı girdikdən sonra, insan otuz gün aclıq, susuzluq və yuxusuzluq çəkib, gecə yarısına kimi müxtəlif məclislərdə iştirak etməklə ayı başa vursa və Fitr bayramına çatdıqdan sonra Şaban ayının son günü ilə müqayisədə bir zərrə belə dəyişilməsə, həmin orucun ona heç bir təsiri olmamışdır.Gərək bu ayda naqis insanlar özlərini sağlam insanlara, sağlam insanlar isə kamil insanlara çevirsinlər. Allah insanlardan quruca ağızlarını bağlamalarını və ac qalmalarını istəmir. Çünki, onların ağızlarını bağlamaları ilə bağlamamaları islam dini üçün fərq etmir. Məqsəd, insanların oruc tutaraq islah edilmələri və başqa aclıq,fəqirlik içində yaşayan insanları anlamalarıdır.

Nə üçün hədislərdə deyilir ki, oruc tutanların çoxlarının orucdan olan bəhrə və nəsibləri aclıqdan başqa bir şey deyil?! Ağız halal yeməkdən ona görə çəkinir ki, insan həmin otuz gün ərzində dilini haram söhbət, qeybət, yalan, söyüş və digər işlərdən qorumağı məşq etsin.

Hədislərdən birində deyilir ki,bir gün oruc tutmuş bir qadın həzrət Peyğəmbərin (s) yanına gəlmişdi. Peyğəmbər (s) ona süd və ya nə isə digər bir yeməli şey təklif edir. Qadın deyir: Ey Allahın peyğəmbəri, orucam. Peyğəmbər (s) ona deyir ki, yox sən oruc deyilsən, götür iç. Qadın yenə də oruc olduğunu bildirir. Amma Peyğəmbər (s) yenə də onun südü içməsini israr edir. Qadın bir daha oruc olduğunu deyir. Əlbəttə, o, doğrudan da öz fikrində oruc idi, amma bizim oruclarımız kimi zahiri oruc! Peyğəmbər ona belə buyurdu: «Sən necə orucsan ki, bir saat bundan əvvəl mömin qardaş və ya bacının ətini yeyirdin? (yəni onun qeybətini etdin). Ət yediyini sənə göstərimmi? Qaytar yediyini!» Qadın birdən qaytarır və ağzından bir tikə ət düşür.

İnsanın oruc tutaraq qeybət etməsinin mənası budur ki, o, cismində olan ağzını halal yeməkdən uzaqlaşdıraraq ruhunun ağzını haram yeməyə açır.Təkcə qeybət deyil söyüş, töhmət, yalan, tənə,qəlb sındırmaq, bunlar hamısı eynidir.Doğrudur, bəlkə də yazdığım bu sözləri çox oxuyub ,çox da eşitmisiz.Özümdən misal gətirərək deyə bilərəm ki,insan unutqan bir varlıq olduğundan hər zaman təkrara ehtiyacı vardır.

Ömrümüzdən keçən Ramazan ayında və ya digər aylarda əlimizə verilən dəyərli nemətləri pis əməllərlə məhv etməyimiz düzgündürmü? Ramazan ayı müsəlmanların daha çox bir yerə toplaşmaları, ictimai ibadətlərlə məşğul olub düzəlmələri və məscidlərə yığışmaları üçündür, günahlar edərək parçalanma vasitəsi olmaqla Allahdan uzaq düşmələri üçün yox! Qarşıda gələn bu ilahi ayı özümüzə fürsət bilib bu fürsəti yetəri qədər dəyərləndirmək yenə də biz insanların əlindədir.Allah-taala heç bir mövcuda belə bir ləyaqət verməmişdir.

"Biz ona haqq yolu göstərdik. İstər [nemətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir]."(İnsan-3)

 


source : www.aban.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

NIYƏ RƏNGLI SÜFRƏ BAŞINDA ƏYLƏŞDIN?!
Vahabi əqidəsində Tovhid
ƏDƏBİ İZAH
Quran bəlağətinin ecazkarlığı
MƏHƏMMƏD İBN ƏBU BƏKRİN HƏYATI
təbliğedici nübuvvətin
Adəm Peyğəmbər (ə) və onun yaranması
İBADƏTİN BƏLALARI
. Ənam surəsi
“BISMILLAHIN” LƏTIF GÖRÜNTÜLƏRI-1

 
user comment