Azəri
Friday 3rd of May 2024
0
نفر 0

Bu müharibə başlamamış bir azərbaycanlı alim «həlak oldu»

Bu müharibə başlamamış bir azərbaycanlı alim «həlak oldu»

Mən həmişə Heydər Camalı ciddi adam saymışam. Onun müxtəlif çıxışlarını izləmişəm. Onun məntiqi mülahizələrinin, özəlliklə də dini-fəlsəfi fikirlərinin rəğbət doğuracaq səviyyədə olduğunu özlüyümdə yəqinləşdirmişəm. Heydər Camalı "siyasi-fəlsəfi nəzəriyyələr üzrə mütəxəssis kimi qəbul etmək mümkündür", - deyə düşünmüşəm.

Amma görünür, heç də hamı nəzəriyyədən təcrübəyə uğurla addım ata bilmir.

Bugünlərdə onun adından yayılmış açıqlamaların ona məxsus olduğuna əvvəlcə tərəddüd etdim, sonra isə daha tərəddüdüm olmadı; zatən, heç bir təkzib-filan səslənmədiyindən tərəddüd ediləcək bir iş də qalmamışdı.

Heydər Camal bildirir ki, "Azərbaycanda dövlət çevrilişi hazırlanır". Xüsusi xidmət orqanlarına bağlılığı olmayan, özünü nəzəri diskussiyaların mahir ifaçısı, ilahiyyatçı-filosof kimi tanıdan bir ictimai xadimin dilindən belə mülahizələrin səslənməsi həm heyrətamizdir, həm də... dəhşətlidir.Heydər Camal bu açıqlamanı verməklə özünü Rusiyanın Federal Təlükəsizlik Xidmətinin (FSB) rəhbəri cənab Bortnikovun mətbuat katibi aparır. Mən bir ziyalının, həm də iri çaplı olduğunu düşündüyüm bir ziyalının bu ranqı qəbul etməsinə təəssüf edirəm.

Daha sonra cənab Heydər Camal öz çevriliş versiyasının məntiqi üzrə davam edərək bildirir ki, "Azərbaycanda baş verməsi planlaşdırılan dövlət çevrilişi Gürcüstanda hazırlanır və bu plana rəhbərlik Gürcüstanın Təhlükəsizlik Şurasının rəhbəri Qiqa Bokeriyaya həvalə edilib". Bu, həmin ranqdan olacaq mətbuat katibinin verməli olduğu bəyanatın davamı kimi də qəbul edilə bilər.

Amma cənab Heydər Camal bununla kifayətlənmir, axı!"Azərbaycan ərazisində, Gürcüstanın Bakıdakı səfirliyində bu fəaliyyəti kurasiya edəcək bir mərkəz qurulub, mərkəzin işinə səfirliyin əməkdaşı olan və gürcü dilini yüksək səviyyədə bilən amerikalı bir qadın rəhbərlik edir. Bu qadın həmin "qərargahda"dır və Azərbaycan müxalifəti ilə kontaktlar onun funksiyalarına daxildir".

Rusiyada Islam Komitəsinin rəhbəri kimi iri bir ictimai titul üçün ictimaiyyətə belə bir "məlumat"ın ötürülməsi işini üzərinə götürmək də çox anlaşılmazdır. Bu funksiya, hətta mətbuat katibi üçün də uyğun deyil və sıradan bir əməliyyatçının ötürə biləcəyi xəbərdir.Bu bənd üzrə də dərin təəssüf hissləri keçirmək olar.

Sonra hörmətli Heydər Camal əməliyyat planı üzrə daha dərin açıqlamalar verməkdə davam edir. Guya, Gürcüstan ərazisində Azərbaycanda dövlət çevrilişi etmək üçün Borçalı gənclərindən ibarət "zərbə qrupu" hazırlanır, zəruri gündə həmin gənclər Azərbaycan ərazisinə daxil olaraq siyasi üsyanın avanqardını təşkil edəcəklər. Bu qrupun adı rus dilinə "otpor" kimi tərcümə olunur; gürcücəsini Heydər Camal bilmir, Azərbaycan dilinə isə tərcümə eləmir. Bu da anlaşılandır: yəqin ki, Heydər Camal kimi iri çaplı alim belə xırda linqvistik-texniki işlərə vaxt ayırmaq istəməyib. Cənab Heydər Camal özünün əməliyyat məlumatlarını uğurla başa çatdırmaq əzmini davam etdirir: "Azərbaycan müxalifətinin Azərbaycan hakimiyyətini devirmək üçün planlaşdırdığı gün olaraq 28 may müəyyən edilib. Ayın 29-da isə ABŞ-ın dövlət katibi Hillari Klintonun iştirakı ilə Londonda "Azərbaycandakı siyasi durum" adlı bir konfrans keçiriləcək, orada "Azərbaycan müxalifətinin davranışlarına, Azərbaycandakı vəziyyətə, Azərbaycan hökumətinin düşdüyü situasiyaya və s. qiymət veriləcək".

Bu abzasda Heydər Camal ayağa durur, əlini qiyabi olaraq stola çırpır, bir qədər əvvəlki FTX mətbuat katibi və FTX əməliyyatçısı vəziyyətindən çıxaraq, iri bir ranqda dayandığını göstərməyə cəhd edir. Yəni, "mən bu sözləri havadan və sudan götürmürəm, görürsünüzmü, hətta beynəlxalq miqyaslı tədbirləri də dəqiqliklə proqnozlaşdıra bilirəm!" Bu, möhtəşəm politoloji yanaşmadır və eşq olsun. (Amma nida işarəsi olmadan, çünki Heydər Camal stola yumruğu qiyabi olaraq vurur).

***

Heydər Camal öz mülahizələrini daha da, bir daha da dərinləşdirmək üçün Saakaşvili ilə Ilham Əliyevin arasının nəyə görə dəydiyini də dəqiqləşdirir. Sən demə, mart ayında Gürcüstan rəsmiləri Azərbaycana gələrək Ilham Əliyevdən tələb ediblər ki, Rusiya əleyhinə hərbi-siyasi blok yaradaq. Ilham Əliyev Rusiyaya sədaqəti üzündən bundan imtina edib və Gürcüstan da həmin hərbi-siyasi bloku Ermənistanla yaradır. Üstəlik, Ilham Əliyevi də hakimiyyətdən devirib onun yerinə elə bir adam gətirmək istəyir ki, Azərbaycanı Gürcüstanın maraqları üçün uyğun bir şəkildə idarə eləsin.Dəhşətli dərəcədə dərin "siçan-pişik" oyunudur. Gürcüstan Rusiyanın hərbi bazalarından təhlükəsizlik kartı kimi istifadə edən Ermənistanla hərbi alyans yaradıb Rusiyaya qarşı çıxmaq istəyir.

Bir Türk şairinin belə bir şeirini oxuduğum yadıma gəlir:

Anadoluda bir köy var,

Köyün içində bir ev,Evin içində bir kadın,Ay səni, Tükəzban, Tükəzban...

***

Heydər Camal açıqlamalarını belə qurtarır ki, Azərbaycanda müxalifət hakimiyyətə gələrsə, ölkənin bütün maraqlarını Qərbə satar. Heydər Camal Rusiyada oturur. Konkret olaraq bu halda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin dezinformasiyalarını səsləndirmək işini görür. Kim bilir, bəlkə də tamam başqa bir ölkədən qaynaqlanan dezinformasiyaları...

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Doqquzuncu imam imam həzrət Məhəmməd Təqi (ə)
İmam Əliyyibnil-Hüseyn Zeynül-abidin (əleyhissəlam)
Müqəddəs Quran və əsas insan haqları (3)
MÜHARIBƏDƏN QAÇMAQ
İmam Səccadın(ə) şəhadət günü
YƏ᾽QUB İBNİ İSHAQ
İlahi bərəkəti cəlb etməyin 8 yolu
BU SUALLARIN IZAHI
ÜÇÜNCÜ HEKAYƏT
İslamda əsas hədis qaynaqları

 
user comment