Doktor İsam əl-İmad daha sonra deyib: "Yəmənin 30 milyondan artıq cəmiyyəti var. Bu cəmiyyətin çox bir qismini Zeydi məzhəbinin davammçları təşkil edir. Maraqlıdır ki, İmam Xomeyni həzrətlərinin qiyamından sonra Yəməndə 1 milyon insan Şiə məzhəbini qəbul edərək Əhli Beyt (əleyhimus səlam) məktəbinin davamçıları oldu. Bu hərəkət İslam İnqilabının Yəməndəki müsbət təsirinin göstəricisidir."
İmad İsam: "İmam Xomeynini (r) İslam İnqilabı Yəməndə 1 milyon insanı Şiə etdi"
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Həqiqi İslamı təcəssüm etdirən Şiə məzhəbini qəbul etmiş "vəhhabi" ruhanilərindən biri olan Doktor İsam əl-İmad, ölkəsi Yəməndə baş verən son hadisələrə işarə edərək bildirib: "İslami Oyanış və azadə xalqların zülmkar rejimlərə qarşı qiyamlarından öncə vəhhabilik Yəməndə qüdrətli bazalardan biri idi."
Doktor İsam əl-İmad daha sonra deyib: "Yəmənin 30 milyondan artıq cəmiyyəti var. Bu cəmiyyətin çox bir qismini Zeydi məzhəbinin davammçları təşkil edir. (Admin: Zeydilər Şiə məzhəbinin bir qolu sayılır. Lakin onların özlərinə məxsus dünya görüşləri və fiqhi kitabları vardır.) Maraqlıdır ki, İmam Xomeyni həzrətlərinin qiyamından sonra Yəməndə 1 milyon insan Şiə məzhəbini qəbul edərək Əhli Beyt (əleyhimus səlam) məktəbinin davamçıları oldu. Bu hərəkət İslam İnqilabının Yəməndəki müsbət təsirinin göstəricisidir."
İslamın nüfuzlu alimi sonra bildirib: "Yəmən coğrafi baxımdan Səudi Ərəbistan ilə həmsərhəd ölkədir. Bu səbəbdən də uzun illərdən bəri Yəmən vəhhabi təbliğatçılarının əsasə manover mərkəzinə çevrilmişdir. Bu gün, vəhhabilik artıq İslam Dünyasının əsas problemlərindən biridir."
Camiətul Mustfa (s) əl-Aləmiyyə Dini Akademiyasının Professoru daha sonra deyib: "Yəmən xalqının qiyamında Zeydi Şiələr ilə 12 İmamçı Şiələr (admin: Qeyd edək ki, Zeydilər 12 İmamdan yalnız dördünü İmam Əli, İmam Həsən, İmam Hüseyn və İmam Zeynulabidini əleyhimus səlam İmam ünvanında qəbul edirlər) birləşərək, vəhhabilik qarşısında möhkəm cəbhə qurdular. Bu gün, biz onun bəhrəsini görürük."
O daha sonra deyib: "Seyyidlərin Təbatəbai nəslindən olan Hüsi cərəyanının qiyamından sonra bu gün artıq vəhhabilik sektasının süqut etməsinin şahidiyik. Yəməndə Şiə məzhəbi hər gün ötdükcə daha da güclənməkdə və genişlənməkdədir."
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : www.abna.ir