"Quranı beynəlxalq səviyyədə xətm etmək və Quran xətmi layihəsi dünyanın 80 ölkəsində icra olunur"
Dünyanın 80 ölkəsi Quran xətmi layihəsinə qoşulub
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Təqipur Qum əyalətinin Quran müəssisələrinin rəhbərləri ilə görüşündə bildirib ki, Qurani-Kərim Xətmi Fondu dörd ildir ki, öz fəaliyyətini başlayıb və fondun əsas hədəfi İranda və dünyanın digər ölkələrində Quran xətm etmək mədəniyyətini yaymaqdır.
O fondun virtual məkanda fəaliyyətləri haqda bildirib ki, hazrıda 60-70 informasiya və kommunukiasiya təşkilatı fonda üzvdir və fondla əlaqəsi olan şəxslərin əksəriyyəti tələbələrdir.
"Fond İslam dünyasının böyük alimləri və mərcəi-təqlidlərlə məktublaşıb və onların bir çoxu fondun virtual məkanda fəaliyyətinin zəruriliyini vurğulayıblar", -deyə Təqipur deyib.
O əlavə edib ki, hazırda dünyanın 80 ölkəsi ilə virtual məkanda əlaqələrimiz var və bu ölkələrdə və İranda Quranın xətmi layihəsi icra olunur.
O əlavə edib ki, yaxın gələcəkdə Quran xətmi layihəsi həm də sms vasitəsi ilə təbliğ olunacaq. "Bu layihənin icrasından məqsəd Quranın üzdən düzgün oxumağı öyrənmək və Quranın mövzularla təfsirinin təbliğidir. Biz bu sahədə Camiətul-Mustafa (s) Universiteti ilə də həmkarlıq edirik", -deyə Təqipur deyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : www.sibtayn.com