Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Azan və iqamədə İmam Əliyə şəhadək verməyin hökmü

Azan və iqamədə İmam Əliyə şəhadək verməyin hökmü

Namazın Azan və İqaməsində "Əşhədu ənnə Əliyyən Vəliyullah" demək düzgündürmü?

Əhli Beyt davamçıları sayılan Şiələr azan və iqamədə qədim zamandan bəri "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra "Əşhədu ənnə Əliyyən Vəliyullah" kəlməsini deməkdədirlər. Ancaq Şiə və Cəfəri məzhəbini kifayət qədər tanımayanlarda belə bir sual meydana gəlir "Görəsən bu şəhadət deyilməsi namazın Azan və İqaməsində düzgündürmü?". Biz ABNA olaraq Şiə dünyası tərəfindən təqlid edilən müçtehitlerin bu mövzudakı fətvalarını nəşr edirik...

İmam Xomeyni: "Əşhədu ənnə Əliyyən Vəliyullah" azan və iqamənin qisimindən deyil, ancaq "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra qürbət (Allaha yaxınlaşma) qəsdiylə deyilməsi yaxşıdır.

İmam Xamnei: "Əşhədu ənnə Əliyyən Vəliyullah" Şiənin şüarı və şüarı olaraq gözəl və əhəmiyyətlidir və mütləq qürbət qəsdiylə deyilməlidir, ancaq azan və iqamənin qisimindən deyil.

Ayətullah uzma Məkarim Şirazi: "Əşhədu ənnə Əliyyən Vəliyullah" (yəni: Həzrəti Əlinin bütün yaradılmışların vəlisi olduğuna şəhadət verirəm) azan və iqamənin bir parçası deyil, ancaq "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra təbərrük qəsdiylə deyilməlidir, lakin onun bir qisimindən olmadığı başa düşülməlidir.

Ayətullah uzma Seyid Əli Sistani: "Əşhədu ənnə Əliyyən Vəliyullah" azan və iqamənin bir parçası deyil, ancaq "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra qürbet qəsdiylə deyilməlidir.

Ayetullah uzma Vəhid Xorasanı: "Əşhədu ənnə Əliyyən Vəliyullah" azan və iqamənin bir parçası deyil, ancaq həzrəti Əlinin vəlayəti dinin tamamlayıcısı olduğundan ona şəhadət verib şahid tutmaq bütün hallarda yaxşıdır. Eləcə də "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra "Əşhədu ənnə Əliyyən Vəliyullah" demək ən fəzilətli ibadətlərdən biridir.

Ayətullah uzma Cəfər Subhani: "Əşhədu ənnə Əliyyən Vəliyullah" azan və iqamənin bir parçası deyil, ancaq "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra mütləq qürbət qəsdiylə və azan və iqamənin zinəti olaraq deyilməlidir.

Ayətullah uzma Safı Gulpəyqani: "Əşhədu ənnə Əliyyən Vəliyullah" azan və iqamənin bir parçası deyil, ancaq "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra qürbət qəsdiylə deyilməsi yaxşıdır.

Ayətullah uzma Nuru Həmədani: "Əşhədu ənnə Əliyyən Vəliyullah" azan və iqamənin bir parçası deyil, ancaq "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra qürbət qəsdiylə deyilməsi yaxşıdır. Lakin bizim zamanımızda olduğu kimi Şiənin şüar və şüarı sayıldığından hər halda bu şüarın deyilməsi gözəl və lazımlıdır.

Ayətullah uzma Ələvi Gorqani: "Əşhədu ənnə Əliyyən Vəliyullah" azan və iqamənin bir parçası deyil, ancaq "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra qürbət qəsdiylə deyilməsi yaxşıdır.

Ayətullah uzma Məzahiri: "Əşhədu ənnə Əliyyən Vəliyullah" azan və iqamənin bir parçası deyil, ancaq "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra iki dəfə deyilməsi müstahəbdır, lakin Şiənin şüar və şüarı olduğundan deyilməsi lazımlıdır.

Mərhum Ayətullah uzma Behçət: Əmirəl Möminin Əli bin Əbu Talibin (əleyhi salam) vilayətini təsdiq edilməsi müstəhəbdir, azanda bəyənilən bir iş ünvanında deyilməlidir. "Nihayə", "Fəqih" və "İhticac" kitablarında "ənnə Əliyyən Vəliyullah" və ya "Əliyyun Əməril Möminin" və ya bu yönlü ibarətdə "əşhədu ənnə Əliyyən Vəliyullah" deyilməsi istənilmişdir. Azandan əlavə digər məqamlarda da vəlayəti təsdiq etmək yaxşıdır. Bu səbəbdən xas bir dəlilə ehtiyac yoxdur. Burada deyilməsi lazım olan ən əhatəli cümlə həzrəti Əmirəl Mömininin (əleyhi salam) və günahsız imamların xəlifə və ya qəyyum olduğunu təsdiq etməkdir.

Mərhum Ayətullah uzma Mirzə Cavad Təbrizi: "Əşhədu ənnə Əliyyən Vəliyullah" azan və iqamənin bir parçası deyil, ancaq "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra qürbət qəsdiylə deyilməsi yaxşıdır.

Mərhum Ayətullah uzma Fazil Lənkərani: "Əşhədu ənnə Əliyyən Vəliyullah" azan və iqamənin bir parçası deyil, ancaq "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra qürbət qəsdiylə deyilməsi yaxşıdır.

Ayətullah uzma Sadiq Ruhani: Azan və iqamədə "əşhədu ənnə Muhəmmədən Rəsulullah" dan sonra "əşhədu ənnə Əmirəl Mömininə Əliyyən Vəliyullah" və ya "əşhədu ənnə Əliyyən Əmirəl Möminin Vəliyullah" demək müstəhəbdır, hətta bu cümlə Şiənin şüarı olduğundan, bəzi fəqihlər bu cümlənin deyilməsinin vacib olduğu ehtimalını vermişlər. Tərk edilməməlidir.

Ayətullah uzma Seyyid Sadiq Şirazi: "Əşhədu ənnə Əliyyən Vəliyullah" azan və iqamənin bir parçasıdır. Bəzi rəvayətlərdə buna işarə olmuşdir.

Üçüncü şəhadətin (Əşhədu ənnə Əliyyən Vəliyullah) azan və iqamənin bir parçası olduğunun mənas budur: yəni əgər azan və iqamə onsuz oxunsa azan və iqamə naqis məna daşıyacaq və azan və iqaməni tamamlamaq lazımdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment