Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,
"Boko Haram" terror qruplaşmasının silahlıları Nigeriyanın şimal-qərbində yerləşən şəhərlərdən birinə hücum edərək dinc sakinlərə atəş açıb. Teleqraf.com-un "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində 15 nəfər ölüb.
Məlumata görə, hücum qonşu Kamerunla həmsərhəd Kautikari şəhərinə edilib. Bu şəhər cari ilin aprelində azı 200 məktəbli qızın qaçırıldığı qəsəbədən cəmi 6 km aralıda yerləşir.
Şahidlərin sözlərinə görə, şəhərə 20 silahlıdan ibarət dəstə hücum edib.
Qeyd edək ki, bundan əvvəl Kamerunun Hərbi-Hava Qüvvələri il dəfə "Boko Haram"ın mövqelərinə zərbələr endirib. Nəticədə 40 silahlının məhv edildiyi bildirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : www.abna.ir