Azəri
Friday 19th of July 2024
0
نفر 0

İmam Musa Kazımın(ə) şəhadəti

Bu gün cümə axşamı, rəcəb ayının 25-i şiələrin 7-ci imamı Musa Kazımın(ə) şəhadətinin ildönümü günüdür. İmam Musa ibn Cəfər(ə) 7 səfər 128-ci hicri qəməri ili tarixində bazar günü Məkkə və Mədinə arasına yerləşən Əbva adlı bir kənddə anadan olub. Onun məşhur ləqəbləri Kazım, Babul-Həvayic və Salehdir. İmam Kazım(ə)-ın əsas missiyası azğın dəstələr və məktəblər ilə mübarizə aparmaq idi. O, gülcü məntiq və aydın dəlillər ilə onlarla mübahisələrə daxil olar və onların əqidələri və məktəblərinin b
İmam Musa Kazımın(ə) şəhadəti

Bu gün cümə axşamı, rəcəb ayının 25-i şiələrin 7-ci imamı Musa Kazımın(ə) şəhadətinin ildönümü günüdür.

İmam Musa ibn Cəfər(ə) 7 səfər 128-ci hicri qəməri ili tarixində bazar günü Məkkə və Mədinə arasına yerləşən Əbva adlı bir kənddə anadan olub. Onun məşhur ləqəbləri Kazım, Babul-Həvayic və Salehdir. İmam Kazım(ə)-ın əsas missiyası azğın dəstələr və məktəblər ilə mübarizə aparmaq idi. O, gülcü məntiq və aydın dəlillər ilə onlarla mübahisələrə daxil olar və onların əqidələri və məktəblərinin batil olduğunu sübut edərdi.
Abbasi xəlifəsi olan Harun Ərrəşid hakimiyyətdə olduğu müddət ərzində dəfələrlə İmam Musa ibn Cəfər(ə)-ı zindana saldırır. Lakin hər dəfə elə bir hadisə baş verir ki, onu azad etməyə məcbur olur. Amma vəziyyəti özü və xilafəti üçün təhlükədə görən Harun Ərrəşid İmam Musa Kazım(ə)-ın Sindi ibn Şahək zindanına göndərilməsi barədə göstəriş verir. Əhli Beyt(ə)-ın qatı düşmənlərindən olan Başərikə adlı biri həmin zindanda idi. O, İmam Musa Kazım(ə)-ı zəhərləyir və o həzrət 25 rəcəb 183-ci hicri qəməri ilində 55 yaşında şəhid olur. O həzrətin pak məqbərəsi Bağdadın yaxınlığında, Kazımeyndə yerləşir. Beynəlxalq Səhər Kanalı olaraq İmam Musa Kazım(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə o həzrətin aşiqlərinə başsağlığı veririk.


source : irib.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
İmamların anası – Həzrət Fatimə (ə)
VALİDEYNƏ İTAƏT
ZİNAKARLAR HAQQINDA
YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT

 
user comment