Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, üç gün bundan öncə İraq Silahlı Qüvvələri və xalq kütləsindən ibarət Könüllü Dəstələr vəhhabi- sələfi terrorçulara qarşı başladıqları Ləbbeyk Ya Rəsulləlah – 2 əməliyyatları nəticəsində Səlahuddin əyalətinin Bici şəhərini və burada yerləşən Neft yataqlarını və Neft ayırma sənaye zavodunu azğın sələfi ünsürlərindən tamamilə paklaya biliblər.
İraqın terrorla mübarizə idarəsinin spikeri bu haqda açıqlama verərək bildirib: “Bici şəhəri və orada yerləşən Neft ayırma sənaye zavodu bir neçə ay ağır döyüşlərdən sonra Könüllü Dəstələrin köməkliyi ilə yaraqlılardan tam sürətdə azad edilib.”
İraq Könüllü Dəstələrinin baş komandanı Kərim Nuri bildirib: “Bici əməliyyatı tam sürətdə İraqlı hərbiçilər (dövlət və könüllü dəstələr) tərəfindən aparılmışdır. Buna görə də, qələbə də İraq xalqına məxsusdur.”
Kərim Nuri bildirib: “Ləbbeyk Ya Rəsulləllah – 2 əməliyyatı tam sürətdə İraqlılar tərəfindən həyata keçirilib. Bu əməliyyatda İraq Təhlükəsizlik Qüvvələri, İraq Polisi, Həşdu Şəbi könüllü dəstələri, İraq Köçəri Tayfaları və İraq Hava Qüvvələri iştirak ediblər.”
Qeyd edək ki, əməliyyatlarda yüzlərlə sələfi terrorçusu məhv edilmiş və əsir tutulmuşdur.
source : abna24