Azəri
Sunday 21st of July 2024
0
نفر 0

Hacı Tale Bağırovdan yeni xəbər var

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, vəkil Cavad Cavadov şəxsi Facebook səhifəsindən Baş Prokuror Zakir Qaralova müraciət edib. O, müvəkkili Tale Bağırovla bu günə qədər konfedensial şəkildə görüşə bilmədiyini vurğulayıb:
Hacı Tale Bağırovdan yeni xəbər var

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, vəkil Cavad Cavadov şəxsi Facebook səhifəsindən Baş Prokuror Zakir Qaralova müraciət edib.

O, müvəkkili Tale Bağırovla bu günə qədər konfedensial şəkildə görüşə bilmədiyini vurğulayıb:

"Tale Bağırov Apellyasiya Məhkəməsinə saxlanıldığı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən gətirilmişdi.Onunla konfidensial ünsiyyət saxlamaq mümkün olmadı, üzərində görünən çox ciddi xəsarətlər var idi, halsız idi. Ona elan olunmuş ittihamla özünü təqsirli hesab etmir. Hal-hazırki vaxtadək onunla vəkil kimi görüşmək imkanı yaradılmır və ailəsinin ona göndərdiyi paltar, digər zəruri ləvazimatlar qəbul edilmir. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun və Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir. Tale Bağırovun təqsirləndirilən şəxs kimi hüquqlarının təmin edilməsini, o cümlədən müdafiə hüququnun təmin edilməsini, mümkün ola biləcək işgəncə hallarının araşdırılmasını xahiş edirəm. Eyni zamanda bu hüquqlarımın təmin edilməsi üçün məhkəmə nəzarəti qaydasında şikayət verirəm".

P.S: Xatırladaq ki, Tale Bağırov 26 noyabr 2015 tarixdə sülalə rejiminin Nardaran qəsəbəsində keçirilən anti-Şiə əməliyyat zamanı vəhşicəsinə həbs edilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır



source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”
Obaşdanda şiriniyyatdan istifadə etməyin!
İsntanbulda Fars dili də tərcümə dərsləri başlayıb
Fələstindaə İslam şəriətinə uyğun qiymətli kağızlar satışa çıxarılacaq
Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...

 
user comment