Azəri
Thursday 2nd of May 2024
0
نفر 0

İmam Muhəmməd Baqirin (əleyhi səlam) hər Ramazan səhəri oxuduğu dua

- Xəbər Agentliyi- Bu duanı İmam Muhəmməd Baqir (əleyhi səlam) mübarək Ramazan ayının səhərində (sübh azanından qabaq) oxuyardı: İlahi, Sənin Öz nurlu dərəcələrinin nuraniyyətinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, onun bütün dərəcələri nuranidir. İlahi, Sənin nuraniyyətinin
İmam Muhəmməd Baqirin (əleyhi səlam) hər Ramazan səhəri oxuduğu dua

- Xəbər Agentliyi- Bu duanı İmam Muhəmməd Baqir (əleyhi səlam) mübarək Ramazan ayının səhərində (sübh azanından qabaq) oxuyardı:

İlahi, Sənin Öz nurlu dərəcələrinin nuraniyyətinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, onun bütün dərəcələri nuranidir. İlahi, Sənin nuraniyyətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin camalının ən gözəl dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin camalının bütün dərəcələri gözəldir! İlahi, Sənin calalının bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin calalının ən ali dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin calalının bütün dərəcələri alidir! İlahi, Sənin calalının bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin əzəmətinin ən böyük dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin əzəmətinin bütün dərəcələri böyükdür! İlahi, Sənin əzəmətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin nurunun ən nurlu dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin nurunun bütün dərəcələri genişdir! İlahi, Sənin nurunun bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin rəhmətinin ən geniş dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin rəhmətinin bütün dərəcələri genişdir! İlahi, Sənin rəhmətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin kəlamlarının ən bitkinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün kəlamların bitkindir! İlahi, Sənin bütün kəlamlarının haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin kamalının ən yüksək dərəcəsinə and verib Səndən istəyirəm, bir halda ki, Sənin kamalının bütün dərəcələri yüksəkdir! İlahi, Sənin kamalının bütün dərəcələrinə and verib Səndən istəyirəm! İlahi, Sənin ən böyük adına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün adların böyükdür! İlahi, Sənin bütün adlarının haqqında and verib Səndən istəyirəm! İlahi, Sənin izzətinin ən yüksək dərəcəsinə and verib Səndən istəyirəm, bir halda ki, Sənin izzətinin bütün dərəcələri yüksəkdir! İlahi, Sənin izzətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin istəyinin ən nüfuzlu dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin istəyinin bütün dərəcələri nüfuzludur! İlahi, Sənin istəyinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin hər bir şeyə hakim olan yenilməz qüdrətinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin qüdrətinin bütün dərəcələri hər bir şeyə hakimdir! İlahi, Sənin qüdrətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin elminin ən təsirli dərəcəsinə and verib Səndən istəyirəm, bir halda ki, Sənin elminin bütün dərəcələri təsirlidir! İlahi, Sənin elminin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin ən bəyənilən sözünün haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün sözlərin bəyəniləndir! İlahi, Sənin bütün sözlərinin haqqına and verib Səndən istəyirəm! İlahi, qəbul etdiyin ən sevimli hacətin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin qəbul etdiyin bütün hacətlər sevimlidir! İlahi, Sənin qəbul etdiyin bütün hacətlərin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin şərafətinin ən şərəfli dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin şərafətinin bütün dərəcələri şərəflidir! İlahi, Sənin şərafətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin ən əbədi səltənətinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün səltənətin əbədidir! İlahi Sənin bütün səltənətinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin mülkünün ən qiymətli dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin mülkünün bütün dərəcələri qiymətlidir! İlahi, Sənin mülkünün bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin ucalığının ən yüksək dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin ucalığının bütün dərəcələri yüksəkdir! İlahi, Sənin ucalığının bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin ən qədim nemətinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün nemətlərin qədimdir! İlahi, Sənin bütün nemətlərinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin ən əziz nişanənin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün nişanələrin əzizdir! İlahi, Sənin bütün nişanələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin uca məqam və böyüklüyünə and verib Səndən istəyirəm! İlahi, Sənin uca məqam və böyüklüyünə and verib Səndən istəyirəm, Sənə and verirəm təklikdə uca məqamını və Sənə and verirəm təklikdə böyüklüyünü! İlahi, Səndən istəyir və Sənə and verirəm istədiyim zaman mənə cavab verdiklərini! Belə isə, duamı qəbul et, ey Allah!

Duadan sonra Allahdan hacətləriniz istəyin.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İlahi bərəkəti cəlb etməyin 8 yolu
BU SUALLARIN IZAHI
ÜÇÜNCÜ HEKAYƏT
İslamda əsas hədis qaynaqları
Mərifət və itaət
QURANİ-KƏRİMDƏ ŞƏRAB HAQQINDA
QURAN SÜRƏLƏRİNİ OXUMAQLIĞIN FƏZİLƏTİ
NIYƏ RƏNGLI SÜFRƏ BAŞINDA ƏYLƏŞDIN?!
Vahabi əqidəsində Tovhid
ƏDƏBİ İZAH

 
user comment