Azəri
Friday 19th of July 2024
0
نفر 0

İmam Muhəmməd Baqirin (ə) şəhadətinin ildönümü münasibətilə baş sağlığı veririk!

, bu gün, cümə, 1437-ci hicri qəməri ili zilhəccə ayının yeddisi, dünya şiələrinin beşinci imamı, İmam Muhəmməd Baqir(ə)-ın şəhadətinin ildönümü günüdür. Şiələrin beşinci imamının ləqəbi, Baqir və ya Baqirəlulum olub.
İmam Muhəmməd Baqirin (ə) şəhadətinin ildönümü münasibətilə baş sağlığı veririk!

, bu gün, cümə, 1437-ci hicri qəməri ili zilhəccə ayının yeddisi, dünya şiələrinin beşinci imamı, İmam Muhəmməd Baqir(ə)-ın şəhadətinin ildönümü günüdür.

Şiələrin beşinci imamının ləqəbi, Baqir və ya Baqirəlulum olub.

Həzrət İmam Muhəmməd Baqir(ə) möhtərəm atası, Həzrət İmam Zeynəlabidin(ə)-ın şəhadətindən 19 il on ay həyat sürdü və bu müddətdə imamlığın mühüm vəzifələrini həyata keçirdi.

İmam Muhəmməd Baqir(ə) öz imamlığı dövründə qəsbkar hökumət aparatını düzgün rəhbərlik xəttinə yönəltmək, xalq arasında möhtərəm atasının ənənələrini həyata keçirmək, xalqa və səhabələrə rəhbərlik etmək, şagirdlər yetişdirmək, islami mədəniyyəti yayılmaq və təbliğ etməkdə bir an belə qəflətə qapılmadı.

Şiələrin beşinci imamı 114-cü hicri-qəməri ili zilhəccə ayının yeddisində 57 yaşında Mədinə şəhərində Əməvi xəlifələrindən olan Hişam bin Əbdulməlik tərəfindən zəhərləndirilərək, şəhid oldu.

İslami İran xalqı İmam Muhəmməd Baqir(ə)-ın şəhadətinin ildönümünün günü və gecəsində məscidlər və təkyələrdə, eləcə də Həzrət İmam Rza(ə) və Həzrət Məsumə(s.ə)-nın pak ziyarətgahlarında olaraq, matəm saxlayır.

Biz ABNA olaraq dünya şiələrinin beşinci imamı, Həzrət İmam Muhəmməd Baqir(ə)-ın şəhadətinin ildönümü gününün gəlib çatması münasibətilə müsəlmanlara və dünyanın digər azadlıqsevərlərinə başsağlığı verir.


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
İmamların anası – Həzrət Fatimə (ə)
VALİDEYNƏ İTAƏT
ZİNAKARLAR HAQQINDA
YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT

 
user comment