Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün 17 Sentyabr 2016 tarixdə Bakıda Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı növbəti etiraz mitinqi keçirilib. Mitinq Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda (“İnşaatçılar” metrostansiyasının yanı) saat 15.00-dan 17.00-a qədər davam edib. Mitinqin əsas şüarı “Monarxiyaya yox! Talana son!” olub.
Məlumata görə, mitinq ərazisində telefon rabitəsi kəsilib, internetə qoşulmaqda da problemlər yaşanıb.
Mitinq keçirilən ərazidə çoxllu sayda mülkü geyimli polislərin olduğu bilidirilib.
Bu gün səhər saatlarından Bakıy agəlmək istəyən maşınlar şəhərə buraxılmayıb.
*** ***
Məlumata görə bu gün keçirilən mitinq zamanı Bakıda hava şəraiti yağıntılı olsa da, buna baxmayaraq minlərlə insan “Мәһсул” стадионунда toplaşıblar...
Polis dindarların şəkillərini qəti sürətdə mitinqə buraxmasına icazə verməib. Lakin buna baxmayaraq xeylisayda insan İslamçı məhbusların şəkillərini mitinqə gətirə biliblər.
Mitinq iştirakçıları “Biz Demokratiy aİstəyirik!”, “Biz Sizi Süçməmişik!”, “İslamçı və Siyasi Məhbuslara Azadlıq!”, “Talana Son!”, “Rədd Olsun Monarxiya!”, “Konstitusiyaya Dəyişiliklər Etməyin!” kimi şüarlar səsləndiriblər.