Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata əsasən Ayətullah Xameneinin çıxışından öncə Ali Rəsulun sevimli qızı Həzrət Fatimə (s.ə) şəhadəti münasibətilə Azərbaycan dilində rövzə və növhələr oxunub. Daha sonra Ayətullah Xamenei çıxış edib və deyib ki, bu il 22 bəhmən tarixi (İslam İnqilabının qələbəsinin ildönümü günü keçirilən izdihamlı yürüş) ölkə, sistem və İnqilab üçün şərəf oldu. “Xalqa təşəkkür etmək üçün dil acizdir. Allaha şükür etmək lazımdır. İnqilabın 3-cü və 4-cü nəsli gəlir və düşmənin qarşısında dayanır və öz sözünü qətiyyətlə deyir”.
Ayətullah Xamenei bildirib ki, 1359-cu il, 29 bəhməndə Təbriz hadisələri İslam İnqilabına mühərrik oldu. Azərbaycan əhalisi ötən 130 ildə Tənbəki Qadağası, Məşrutə, Neftin Milliləşdirilməsi hadisələrində, İslam İnqilabında, 8 illik müharibə əsas mübarizə ocağı olub. Bu Azərbaycanın iftixarlı tarixidir. Milli vəhdət yolunda canından keçən Azərbaycana fədakarlıqlarına görə hamı təşəkkür etməlidir. Düşmən millətlər arasında ixtilaf salıb zəlzələ yaratmaq istəyir. Amma xalq birdir!
Ayətullah Xamenei deyib ki, “müqavimət iqtisadiyyatı, hərəkət və əməl” ilinin sonudur. “Ölkə rəsmiləri göstərməlidir ki, hansı hərəkəti ediblər, nə əməl ediblər. Deməsinlər belə etmək lazımdır, desinlər bu cür edildi. Xalqın gileylənməsinə etinasız yanaşmaq olmaz. Bahalaşma, işsizlik, infilasiya önəmlidir. Məsul şəxslər çalışmalıdır. Bu gün düşmən çalışır ölkə iqtisadiyyatına təzyiqlər göstərsin və xalqı problemlərlə üzləşdirsin ki, onlar üçün cansıxıcı olsun”.
Ali Rəhbər bildirib ki, ölkə rəsmiləri iqtisadi məsələlərə diqqət etməlidir, əlbəttə mədəniyyət və elmi məsələlər də önəmlidir, lakin qısa müddətdə proritet olan iqtisadi məsələlərdir.
Ayətullah Xamenei deyib ki, düşmənin oyunlarından biri – həm ABŞ-ın öncəki hökumətinin dövründə və həm ABŞ-ın hazırkı hökuməti dövründə - budur ki, davamlı olaraq müharibə ilə hədələyirlər və deyirlər hərbi variant masa üzərindədir. “O avropalı rəsmi bizim məsul şəxsə deyir ki, əgər Hərtərəfli Birgə Fəaliyyət Planı olmasaydı İranla müharibə qaçılmaz idi; yalandır! Nə üçün müharibə deyirlər? Ona görə ki, düşüncələri müharibə ilə məşğul etmək istəyirlər”.
Ayətullah Xamenei əlavə edib ki, həqiqi müharibə, iqtisadi sahəsindəki müharibədir, sanksiyalar, ölkədə fəaliyyət və iş üçün şəraitin pisləşdirilməsi və texnologiyanın inkişafı imkanının əlindən alınmasıdır. Həqiqi müharibə, mədəniyyət sahəsindəki müharibədir. Bizi hərbi müharibə ilə məşğul edirlər ki, bu müharibələrdən yayınaq və qəflət edək.
Ayətullah Xamenei bildirib ki, bəli, hamı kimi bizim də problemlərimiz var. Amma düşmən çalışır ki, son 38 ildə əldə edilən nailiyyətlər və görülən işlərə heç bir məhəl qoymasın və xalqı məyus etsin. “Ölkədə son 4 onillikdə bəzi sahələrdə əldə olunan inkişaf təəccüb doğurucudur. Bu inkişafların və sıçrayışların bəzisini normalda 100 illik bir dövrdə əldə etmək imkansızdır.Xalq İranı udmaq istəyən düşmənin qarşısında dayanıbsa, bu o demək deyil ki, hər şeydən razıdır. Xalq ayrıseçkilik, süründürməçilik, etinasızlıqdan gileylidir və əziyyət çəkir. Dövlət məsulları iqtisadiyyat sahəsində gördükləri işi ortaya qoymalıdır
Ayətullah Xamenei deyib ki, bəziləri milli barışıqdan danışır. Məncə, milli barışıq təbiri mənasızdır. Xalq birdir. Barışıq nədir, məgər xalq bir-birindən küsüb ki? Amma bu xalq Aşura günü gənc bəsici (inqilabçı könüllü) qəddarlıqla döyən adamlarla barışmayacaq!
Diqqət!Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazimdir!