Həzrət Peyğəmbər (s) qızı həzrət Zəhraya (ə) hər namazdan sonra və yatan zaman demək üçün zikr və dualar öyrədib. O zikrlər, "həzrət Zəhra zikri" adı ilə məşhurdur.
Əlamə Məclisi deyir: İstər şiələrdən, istərsə də qeyri-şiələrdən nəql olunan hədislərə əsasən bu zikrin şəri olma səbəbi budur:
Əmirəlmöminin Əli (ə) buyurur: "Mən həzrət Fatimənin (ə) ev işlərində zəhmət və çətinliyini görürdüm. Bir tərəfdən də xəbərdar idim ki, həzrət Peyğəmbərə (s) döyüş qəniməti olaraq əsirlər gətirmişlər.

Həzrət peyğəmbər (s) buyurdu: Ey Fatimə səni xidmətçidən yaxşı bir şeylə tanış edim?
(İbn Həcər Qəstəlani “İrşadus-sari” kitabi, cild 6, səh 117- də deyir: İbn Teymiyyə bu zikr barədə demişdir: hər kəs mütamadi şəkildə yatan zaman bu zikri desə, əziyyət və çətinliklər ona yetişməz. çünki Fatimə (Allah ondan razi olsun) ev işlərinin çətinliklərindən o peyğəmbərə şikayət etdi və peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) xanimi bu zikrə həvalə etdi. Əyyaz demişdir: peyğəmbərin cümləsindəki "daha üstün" sözünün mənasi budur ki, axirət əməlləri dünya işlərindən daha üstündür.)
Dedi: bəli, ey Allahın rəsulu (s). həzrət bu məşhur zikri ona öyrətdi ki, yatarkən və hər namazdan sonra oxusun.
Bu zikr barədə məsum Əhli-beytdən (ə) nəql olunmuş çoxlu hədislərdə deyilir ki, imamlar öz şiələrini o zikri deməyə təşviq ediblər. Hətta imam Məhəmməd Baqir (ə) buyurur: Allah taala bir şeylə ibadət olunmamışdır, əgər ondan üstün bir şey olsaydı, Peyğəmbər (s) onu qızı Fatimə (ə) bağışlayardı.
İmam Sadiq (ə) buyurur: "Hər gün namazdan sonra həzrət Fatimənin (ə) zikri mənim üçün hər gün min rikət namazdan daha sevimlidir." (“Miratul-üqul”, 15-ci cild, səh. 176)"
Biz də öz övladlarımıza namaz öyrətdiyimiz kimi, bu zikri də öyrədirik.
O zikr bu elədir; “Əllahu əkbər 34 dəfə, Əlhəmdu lillah 33 dəfə, sübhanəllah 33 dəfə.”