Azəri
Thursday 18th of July 2024
0
نفر 0

İCARƏNİN HÖKÜMLƏRİ

İCARƏNİN HÖKÜMLƏRİ

168- Sual: Şəxsin icarəsi və cüalə aracında olan fərq nədir?

Cavab: 1. İcarədə cüalənin əksinə olaraq, müddət məlum olmalıdır.

2. İcarənin əqdi lazımdır; lakin cüalənin əqdi cayizdir. Yəni iki tərəf əqdi bir- birinə vura bilərlər.

3. İcarədə əqd sigəsini oxuduqdan sonra, əcir, icarə haqqına sahib olur; amma cüalədə işi yerinə yetirmiyincə iş görən pulunu tələb edə bilməz.

169- Sual: Evi bir miqdar məbləğə icarə etmişəm. Edə bilərəmmi onu daha çox məbləğə, başqasına icarəyə verəm?

Cavab: Əgər icarənin əqdində, malik müstəcir (icarə edən) ilə şərt etməsə ki, ancaq onun özü istifadə etsin, bu surətdə müstəcir başqasına icarəyə verə bilər. Xatırladırıq, əgər evdə təmir işi aparmasa, ikinci müstəcirdən özü verdiyindən artıq icarə haqqı ala bilməz.

170- Sual: Müstəcir malikin icazəsi olmadan, mağazanı işlətməkdə dəyişiklik edə bilərmi?

Cavab: Əgər icarənin əqdində məxsus bir məşğuliyyət şərt olsa, onu malikin icazəsi olmadan dəyişdirmək cayiz deyil.

HƏVALƏ ETMƏYİN HÖKÜMLƏRİ

171- Sual: Çek (borc öhdəliyi), pul hökmündədir, ya həvalə hesab olunur?

Cavab: Çek, pul hökmündə deyil, həvalənin sənədidir.

172- Sual: Əgər çekin borc öhdəliyinin məbləği borclu tərəfindən bank hesabına köçürülmədən qabaq çek borc sahibinin əlində yanmaq,  itmək və ya oğurlanmaq əsərində aradan gedərsə, borclunun öhdəsindən götürülürmü?

Cavab: Şəri həvalədən sonra borc borclunun öhdəsindən götürülür və borc sahibi öz tələbini almaq üçün banka müraciət etməlidir.

173- Sual: Banklar və qərzul- həsənə müəssələrində belə bir qanun var ki, krideti almamışdan qabaq başqası gərək zamin qala, bu zəmanət şəridirmi?

Cavab: Şəxsin borcundan qabaq zəmanət, şəri zəmanət deyil və səhih deyil.

174- Sual: Əgər borclu, borc sahibini üçüncü bir şəxsə həvalə verə ki, öz tələbini ondan alsın. Üçüncü şəxsin boyun qaçırdıqda borc sahibi öz haqqını ilkin borcludan tələb edə bilərmi?

Cavab: Əgər həvalə səhih şərtlərlə yerinə yetirilibsə, borc sahibinin öz haqqını ilk borcludan tələb etmək haqqı yoxdur.

175- Sual: Çekin arxasını imzalamaq zəmanət deməkdir?

Cavab: Bəli. Çek həqiqi öhdəlik olduqda, imza edən şəxs zəmanət ünvanında çekin arxasını imzalayıbsa, zamindir.

RİBANIN HÖKÜMLƏRİ

176- Sual: İstehsal və istehlak kreditlərində və borclarında alınan ribanın (faizin) şəri baxımdan fərqi varmı?

Cavab: Borcda istər riba almaq və istər riba vermək mütləq şəkildə haramdır. Borc alan istər öz həyat yaşayışı üçün alsın və ya istər ticarət və bizinesdə iş qurmaq üçün, haramdır.

177- Sual: Ana öz övladına riba şərtilə borc verə bilərmi?

Cavab: Ana və övladın arasında riba haramdır.

178- Sual: Kağız pulların alqı satqısının hökmü nədir?

Cavab: Əqlə uygun olduğu təqdirdə, məsələn köhnə pulu təzə pula ya kiçik pulu böyük pula və ya ribadan qorunmaq üçün olarsa, işkalı yoxdur.

179- Sual: Övalad atasından riba şərti ilə borc ala bilər?

Cavab: Riba hər halda haramdır. Lakin üç yerdə bu istisna olmuşdur və cayizdir: övlad ilə ata arasında, ər ilə arvad arasında və müsəlman şəxsin İslamın pənahında olmayan qeyri müsəlmandan riba alması.

180- Sual: Kişi edə bilərmi öz arvadından riba şərti ilə borc alıb və həmin pulu övladına riba şərtilə borc versin?

Cavab: Maneəsi yoxdur.

181- Sual: Baba və nəvə arasında riba cayizdir?

Cavab: Ehtiyat budur ki, tərk edilsin.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment