Azəri
Saturday 18th of January 2025
0
نفر 0

37 – ci illərin REPRESİYA tufanı.DİNDARLARIN APELYASİYA MƏHKƏMƏSİ KEÇİRİLDİ

Fevralın 13-də Məhəmməd Peyğəmbərin (s) vəfatı ilə əlaqədar Hacı Sultanəli məscidində əzadarlıq keçirəndən sonra Xocalı fəciəsinin ildönümü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət etmək istərkən polis zorakılığı ilə üzləşən 5 nəfər dindar - Elmar Səmədov, Elçin Abbasov, Seynur Hüseynov, Ağaəli Yəhyayev və Bilal Əhmədovun apelyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib 

 

FaktXeber.com-un verdiyi məlumata görə, dünən saat 12:00-da Azərbaycan Respublikasının cinayət məcəlləsinin 315.2 və 221.3 maddələri ilə həbs cəzasına məhkum olunan Elmar Səmədov, Elçin Abbasov, Bilal Əhmədov, Seynur Hüseynov və Ağaəli Yəhyayevin iş üzrə Appelyasiya məhkəməsi öz işinə başlayıb. Bakı şəhər Appelyasiya məhkəməsində proses, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilib.  Qeyd edək ki, təqsirli bilinən şəxslərin apelyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası onların vəkillərinin və yaxınlarının iştirakı ilə keçirilib.

 

Məlumat üçün bildirək ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən iclasda təqsirli bilinənlər- Elmar Səmədov, Elçin Abbasov, Bilal Əhmədov, Seynur Hüseynov və Ağaəli Yəhyayevin apelyasiya şikayəti üzrə məhkəmə baxışı oktyabrın 14-ü saat 11:20-ə təyin edilib.

 

Nəzərinizə çatdıraq ki, bugünki məhkəmə prosesində təqsirləndirilənlərin vəkilləri işin düzgün aparılmaması barədə vəsatət qaldırsalar da, hakim Sahibxan Mirzəyev tərəfindən vəsatət rədd edilib


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Minlərlə insan Nardaranda hicab qadağasina etiraz etdilər
Hollandiyada “Dinlərarası dialoq” iclası keçiriləcək
Qazaxıstanda keçirələcək Beynəlxalq Quran Müsabiqəsi təxirə salındı
Lahur Quran həftəsində milli Quran nüsxələri nümayiş etdirilib
Qəlbdəki səs
İraqın Samirra şəhərində Əsgəriyyə ziyarətgahlarında baş vermiş ...
“Küre TV” canlı yayımla həcc ziyarəti əməllərini internetdə yayımlayır
İngiltərə Müsəlmanları mənfur Çarli Hebdo jurnalına qarşı etiraz aksiyası ...
İranın beynəlxalq Quran müsabiqəsinin münsiflər heyəti işini uğurla başa vurdu
Azərbaycanda hicablı şagirdlərin təhsil problemləri hələ də davam edir

 
user comment