Mədəniyyət və incəsənət şöbəsi: Zimbavenin "Viktorya Falz" şəhərində İran İslam Respublikasının mədəniyyət nümayəndəliyinin iştirakı ilə mədəniyyət, təhsil və incəsənət sərgisi təşkil olunub.
İQNA Quran agentliyi İran İslami əlaqələr və mədəniyyət təşkilatına istinadən məlumat verir ki, İranın Zimbavedəki mədəniyyət nümayəndəliyi Hərarə şəhərində "İslam şünaslıq və İran şünaslıq" adlı kitab sərgisi və İranın əl işləri sərgisini təşkil edib.
Sərgi Zimbavenin Hərarə şəhərinin gəncləri, qadın təşkilatları və Universitetləri və icra başçılığının dəstəyi ilə təşkil olunub.
Sərginin təşkilindən məqsəd bu regionda mədəniyyət, təhsil və incəsənətin inkiaşf etdirilməsidir.
Sərgidə İmam Xumeynini (rə) tanıtdıran 300 cild kitab, dini və mədəniyyət buraşuraları sərgiyə gələnlərə paylanıb.
Sərgi çərçivəsində İranın Zimbavedəki mədəniyyət nümayəndəsi Məhəmməd Əsədi Müvəhhid universitet tələbə və müəllimlərindən 1300 nəfər üçün çıxış edib.
O çıxışında İranın islamdan öncə və islamdan sonra tarixi haqqında danışıb.
Sonda Müvəhhid iştirakçıların İslam, Quran və İslamın baxışında məsihiyyət haqda müxtəlif suallarını cavablandırıb.
Sərgi oktyabr ayının 6-8-də Viktorya Falz şəhərində üç gün müddətində keçirilib.
source : www.iqna.ir