Azəri
Thursday 26th of December 2024
0
نفر 0

İmam Cavad (ə)-ın öz dövrünün alimləri ilə münazirələri misilsizdir

Elm və Təfəkkür şöbəsi: Camiətul –Mustafa (s) Beynəlxalq Universitetin elmi heyətinin üzvi Mehdi Rüstəmnijad bildirib ki, sünni alimlər də İmam Cavad (ə) uşaqlıqda elminin kamil olduğunu vurğulayıblar. İmam Cavad (ə) uşaqlıq dövründə öz dövrünün böyük alimləri ilə münazirələri və onların suallarını cavablandırması misilsizdir.

Bu gün 9-cu İmam Həzrəti Məhəmməd Təqi əleyhissəlamın mövlud günüdür.Bu münasibətlə bütün dünya müsəlmanlarını ürəkdən təbrik edirik.

İmam Məhəmməd Təqi əleyhissəlamın ləqəbi Təqi və Cavad künyəsi Əbu CəfərDoqquzuncu İmamın adı Məhəmməd hicrətin yüz doxsan beşinci ilində Mədinə şəhərində anadan olub. Peyğəmbərin həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan Səbikə xanım əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. Belə ki nəcabətli və fəzilətli bir qadınİmam Riza (əleyhissəlam) o xanımı pak kimi yad edirdi.

İmam Cavad əleyhissəlamın atası vəfat edərkən təxminən səkkiz yaşı iyirmi beş yaşında olarkən şəhadətə yetişmiş və Bağdadın Qüreyşolmuş qəbristanlığında babası İmam Kazim əleyhissəlamın məzarının yanında dəfn olunmuşdur.

İmam Cavad əleyhissəlamın müasiri olmuş xəlifələr

İmam Məhəmməd Təqi (ə) (İmam Cavad) imamət dövrü iki Abbasi xəlifəsi Məmun (193-218 h.q) və Mötəsimin (218-227 h.q) zamanına təsadüf edir. Adı çəkilən xəlifələrin hər ikisi o Həzrəti məcburi şəkildə Mədinədən Bağdada gətizdirmiş və Məmunun İmam Riza (əleyhissəlam) barədə icra etdiyi siyasəti davam etdirərək onu paytaxtda saxlamaqla nəzarət altına almışlar.

Camiətul –Mustafa (s) Beynəlxalq Universitetin elmi heyətinin üzvi Mehdi Rüstəmnijad İQNA Beynəlxalq Quran agentliyinə müsahibəsində İmam Cavad (ə) elmi və şəxsiyyəti və o həzrətim İmamət dövrü haqqında bildirib ki, İmam Cavad (ə) 205-ci ildə Məmun Abbasinin qızı Ümmü Fəzl ilə evlənir, öz yoldaşı ilə Mədinəyə qayıdır və 219-cu il yəni şəhid olduğu dövrə kimi bir daha Bağdada qayıtmır.

O əlavə edib ki, O həzrət Mədinə şəhərində olduğu müdət ərzində Məmunun qızı O həzrətin evində olub. İmam üçün məhdudiyyətlər tətbiq olunurdu, İmam azadcasına hərəkət edə bilmirdi. Abbasi xəlifələri hələ İmam Rza (ə) dövründən Abbasilər sülaləsinin ən xəbis xəlifələri olublar və Əhli- Beyt (ə) və onların ailələrinə çox əziyyətlər verirdilər.

O əlavə edib ki, İmam Cavad (ə) öz dövrünün tanınmış alimləri o cümlədən Yəhya bin Əksəm ilə münazirə edib. Münazirədən sonra Abbasi sülaləsinin hakimləri onun yenidən İmam Cavad (ə) münazirə etməsini istəyəndə İmamın elminin çox olmasına görə bir daha münazirəyə qatılmayıb.


source : ایکنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Nigeriyada Zariya Şiə Soyqırmına etiraz əlaməti olaraq Şəhidlərin 40-da Şeyx ...
Burundi müsəlmanları İslam Peyğəmbəri (s)-nin mövludu münasibətilə bayram ...
Mosul əməliyyatına qatılan '' Əbu Əzrail '' işid qəsbkarlarına Belə meydan oxudu
Quran sərgisində Portuqal dilində İslami kitablar məcmuəsinin nümayişi
Ərəbistanda şiələrin hüquqlarının pozulması və onlara qarşı diqqətsizlik, ...
Qətərdə “100 Quran xətmi” layihəsinin icrasına başlanılır
Ayətullah Məkarim Şirazinin Ərbəinlə bağlı tövsiyələr
İRAN SƏFİRLİYİ FİRUZABADİNİN ÇIXIŞINI TƏKZİB ETDİ
Təzyiqlərə baxmayaraq bu gün Bakıda Monarxiya və Talana Yox mitinqi keçirilib
Hollandiyalı siyasətçi İslam əleyhinə kitab çap edəcək

 
user comment