Cavab: Bu barədə bizə məlum olan yalnız budur ki, Məkkə müşrikləri Peyğəmbər (s)-dan möcüzə tələb etdikləri zaman şəhadət barmağı ilə aya işarə etmiş və ay Allahın izni ilə iki yerə bölünmüşdür. Ay bir neçə dəqiqə qədər bu vəziyyətdə qaldıqdan sonra yenidən əvvəlki vəziyyətinə qayıtmışdır. Bu hadisəni həm Quran ayələri, həmdə nəql olunan mötəbər rəvayətlər təsdiq edir.Bunun üçüçndə bu barədə heç bir şübhəyə yer qalmır. Adi halda isə istər ayın, istərsədə yerin iki yerə bölünərək yenidən birləşməsi qeyri-mümkündür. Deməli, belə bir hadisə yalnız Allahın əmri ilə baş verə bilərdi.
Amma o ki qaldi ayın Peyğəmbər (s)-mın iki ətəyində qərar tutmasına hədisin bu hissəsinə ,,Nasixut-təvarix” adı kitabdan başqa heç bir mənbədə rast gəlməmişik. Kitabın müəllifi bunu bir neçə başqa mənbədən nəql etmişdir. Və bu barədə deyilənlər sağlm düşüncə ilə qeyri-məqbul olduğu üçün tam qətiyyətlə deyə bilərik ki, hədisin bu hissəsi saxta və əsassızdır.
************