Cavab: Əqli məhal, ağılın qeyri-mümkünsüzlüyünü dərk etdiyi hallara deyilir. Başqa sözlə desək mahal işlər, icrası zatən qeyri-mümkün olan işlərə deyilir. İki ziddiyətli şeyin bir yerə cəm olmasını və ya bir araya gəlməsini,yəni bir şəxsin həm təkallahçı olub, həmdə bütpərəst olmasıni buna misal çəkmək olar. Məsələn, yer kürrəsi öz həcmini dəyişmədən adi yumurtanın içinə yerləşməsini sağlam ağıl qəbul etmir.
Adi məhal (qeyri-mümkünsüzlük) isə ağılın adi halda qeyri-mümkün hesab etmədiyi,başqa sözlə desək zati baxımdan icrası qeyri-mümkün olmayan lakin qeyri-adi hallarda həyata keçməsi mümkün olan işlərə deyilir.
Məsələn, adi halda uşaq ana bətnində kişi ilə qadının cinsi yaxınlığı nəticəsində meydan gəlir. Lakin Allahın istək və iradəsi tələb etdikdə xariqüladə işlər baş verir kişinin iştirakına heç bir ehtiyac duyulmur. Həzrəti İsa (ə)-mın atasız dünyaya gəlişini və bütün peyğəmbərlərin göstərdikləri möcüzələri buna misal çəkmək olar. Başqa bir misal .Adi halda adi əl əsasının əjdahaya dönməsi, və ya ayın iki yerə bölünməsi qeyri-mümkün bir haldır və insan ağılı adi halda belə bir hadisənin baş verəcəyini qeyri-mümkün hesab edir.Lakin Allahın istək və iradəsi bunu tələb etdikdə,yəni, möcüzənin ğöstərilməsi zəruri hal aldıqda bu kimi işlər peyğəmbər və məsum imamların vasitəsi ilə həyata keçir və bu kimi hallar qeyri-mümkünsülük çərçivəsindən çıxaraq mümkün olur və ağıl da bunu mümkün hesab edir. Bütün bunlardan məqsəd peyğəmbər və imamların həqqaniyyətini sübuta yetirməkdir. Deməli, bu kimi hallar əqli baxımdan heçdə qeyri-mümkün deyil və ağıl onların zati olaraq bir haldan başqa bir hala keçməsinin qeyri mümkün hesab etmir.
İmamət
هُ من كنت مولاهُ و علي هذا مولا
(Mən kimin mövlasıyamsa Əli (ə)-də onun mövlasıdır)