Sual 58: Əgər cümə gününün gecəsi Ramazan ayının 23-cü gününə düşərsə üfüqdəki fərq ilə şərq yarımkürədə cümə axşamının gecəsi və Ramazan ayının 24-cü gecəsi, qərb yarımkürrədə isə ya bazar axşamının gecəsi və ya bazar ertəsinin gecəsi ola bilər. Belə olduğu bir halda mələklərin və ruhun nazil olduqları Qədr gecəsi hansı günə tasadüf edəcəkdir?
Cavab: Suala cavab verməzdən əvvəəl kiçik bir müqəddiməyə işarə etmək istəyirəm. Bildiyimiz kimi hər bi ayın birinci günü qurtarmaqda olan ayın sonuncu günü günəşin qürub etməsi ilə başlanır. Belə ki əgər hava buludlu və ya tozlu olmazsa onu birinci gün görmək mümkün olur. Belə olduğu bir halda əgər ölkə ərazisində şəhərlərin birində ay müşahidə olunarsa bütün ölkə ərazisində yeni ayın başlandığı elan oluna bilər. Bunu yaxın ölkələrdə əsas götürərərək ayın ilk günü olduğunu qəbul edə bilər. Uzaq olduqda isə eyni üfüqdə qərar tutan başqa bir ölkənin müşahidəsi əsas götürülür. Ayın müşahidəsi o yerlərdə aparılır ki, orada əvvəlki ayın müşahidəsi aparılmış olunsun. Demək olar ki, bütün fiqh alimləri bu barədə yetkin fikir irəli sürürlər və onlar arasında elə bir ciddi fikir ayrılığı yoxdur. Deməli, əksər fiqh alimləri , ayın əvvəli şəri baxımdan hesab olunmur. Və əgər Ramazan ayının birinci gecəsi olarsa onun səhəri günü oruc vacib olmaz . Şəvval ayının birinci gecəsi olarsa həmin günün səhəri fitr bayramı qeyd olunmur və Ramazan ayının vacib orucu tutulmaqda davam etdirilir. Lakin fiqh alimlərindən bəziləri bu barədə bir qədər fərqli fikir irəli sürmüşlər.
,,Təzkirətul-övliya’’-adlı kitabda deyilir.Ayın müşahidə olunmasında ayı müşahidə edən ölkə və ya məntəqənin yaxın və ya uzaqda yerləşməsinin heç bir fərqi yoxdur. Belə ki, əgər ay bir məntəqədə müşahidə olunarsa sair məntəqələrdə də ayin görünməsi əsas götürülməli və növbəti ayın ilk günü təyin olunmalıdır. Kitabın müəllifi dediklərini İbn Hişamın nəql etdiyi hədislərə əsaslandırır. İbn Hişam nəql etdiyi rəvayətlərdən birində deyir: Əba Abdullah (ə) buyurur: Kim ayı görmədən iyirmi doqquz gün Ramazan ayının orucunu tuta və sonra otuz günlük ayda oruc tutduğuna dair əsaslı məlumat əldə edərsə ay əvvəlik gecədə göründüyü üçün bir gün qəza orucu tutmalıdır. Həmçinin əgər şəhər əhalisi ayın gördüklərinə dair şəhadət verərlərsə həmən günü şəkk günü qərar verməli, tutmadığın orucun qəzasını tutmalıdır. Qeyd olunan nəzər ,,Cəvahir” , ,,Mustənəd” və ,,Mustəmsik adlı kitablarda” da öz sübutunu tapmışdır. Deməli, İbn Hişamın və Həsən Bəsrinin gətirdikləri dəlil və bir çox alimlərin nəzərlərini əsas tutaraq deyə bilərik ki, əgər ölkə ərazisində şəhərlərin birində ay müşahidə olunarsa bütün ölkə ərazisində yeni ayın ilk günü qərar verilməli həmin gecədən 23–ü qədr gecəsinin fəziləti dərk olunsun deyə əhya gecəsi saxlanılmalıdır. Çünki həmin gecənin qədr gecəsi olmasına dair güclü ehtimal verilmişdir. Lakin fiqh alimlərinin bir çoxu ayın yaxın məntəqədə və ya eyni üfüqdə müşahidə olunmasını əsas gətirdikləri üçün ayın bir məntəqədə müşahidə olunmasını onunla müxalif üfüqdə qərar tutan başqa bir məntəqə üçün əsas hesab etməmiş və yeni ayın başlanğıcı üçün ayın yaxın və ya eyni məntəqədə müşahidə olunmasını əsas tutmuşlar. Deməli, kim qədr gecəsinin fəzilitini dərk etmək istəsə ehtiyat etməlidir,yəni, Ramazan ayının 23-cü gecəsi ayı ya öz məntəqəsində müşahidə etməli və ya yaxın məntəqələrin birində müşahidə olunması ilə əhya saxlamalıdır. Bununla yanaşı uzaq və müxalif üfüqdə qərar tutan ölkənin müşahidəsi ilə də əhya saxlasa daha yaxşı olar. Məsələn, kimsə yaşadığı məntəqədə və ya yaxın üfüqdə qərar tutan başqa bir məntəqənin müşahidəsi ilə hesbalama apararsa və həmin gün yəni ayın 23-ü şənbə günü olarsa uzaq və müxalif üfüqdə qərar tutan məntəqədə ?????????????????7fikir tamamlanmayıb