Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual: 8. Allah tərəfindən göndərilmiş dinin xüsusiyyətləri nədir?



Cavab: 1- Göndərilmiş din ilahi elçilərin sayı qədərdir.

2- Göndərilmiş din bəşəriyyətin ilahi fərman və göstərişlərə ehtiyaclı olmasını göstərir.

3- Göndərilmiş dinin tanınması yolu mötəbər nəqldir. Əgər əqli yolla bir şey əldə edilərsə və bu məsələ nəqli yolun dəlillərinə oxşar olarsa, onu da qəbul etmək olar. Belə dəlili, əslində nəqli dəlilin müqəddiməsi kimi hesab etmək olar.

4- Göndərilmiş dinin peyğamı, peyğəmbərlər vasitəsilə insanlara çatdırıldığından, onda ilahi elçilərin mənəvi məqamlarının səciyyəvi xüsusiyyətləri, o dövrün insanlarının xüsusiyyətləri və imkanları, həmçinin, zaman və məkan şəraitinə bağlıdır.

 

İzahlı cavab:

1) Dinlərin həqiqi tarixi, Quran və onda olan tarixi faktlar və dəlillər həqiqətdə Allah tərəfindən göndərilmiş dinlərin sayının ilahi elçilərin sayı ilə birbaşa bağlı olduğuna şahiddir. Bu bəhsdə ilahi elçidən məqsəd “şəriət sahibi və təbliğə məmur olunan peyğəmbər” nəzərdə tutulur.[1]

2) Allah tərəfindən göndərilmiş din bəşəriyyətin ilahi göstərişlərə ehtiyacı olmasını göstərir. Məhz buna görə də müxtəlif zaman və məkanların tələblərinə uyğun olaraq bu ilahi peyğəmbər təzələnir.[2] Doğrudur ki, göndərilmaiş dinin kökü və əsli özlüyündə fitrətdən gələn dindir və din öz-özlüyündə zaman və məkana tabe deyildir, amma Allah tərəfindən göndərilmiş din hər bir əsr, zaman və məkana uyğun olaraq yeni insan nəsillərini nəzərə alır və xüsusi məfhumlarla bütün dünyaya şamil olur. Başqa tərəfdən, göndərilmiş dinin öz-özlüyündə olan dinin bir qismini və ya hamısını özündə nümayiş etdirməsi də mümkündür.

3) Allah tərəfindən göndərilmiş dinin tanınması yolu - mötəbər nəqldir. Əgər hər hansı bir şey əqli yolla ələ gələrsə və bu məsələ nəqli yolun dəlillərinə oxşar olsa onu da qəbul etmək olar. Belə dəlili, əslində nəqli dəlilin müqəddiməsi kimi qələmə vermək olar. Əlbəttə, əqlin təklikdə, öz-özlüyündə naəqli dəlilin mətləblərini aşkarlamış olması çox uzaq nəzərə gəlir. Yəni, əql öz-özlüyündə ilahi elçiyə nəyin həvalə edilməsi və insanlara nə çatdırmasını sonradan bəzi amillərin nəticəsində o göstərişin bizə yetişməməsini kəşf etməsi çox uzaq nəzər gəlir.

Hər halda əgər belə bir hadisə baş vermiş olsa, onda bu da əqlin aşkarladığı məsələni Allah tərəfindən göndərilmiş dinin dəlili ilə münasib olmasını tutuşdurub nəqli dəlilin ətrafında istifadə etmək olar.

4) Allah tərəfindən göndərilmiş dinin peyğamı, peyğəmbərlər vasitəsilə insanlara çatdırıldığından, onda, ilahi elçilərin mənəvi məqamlarının xüsusiyyətləri, o dövrün insanlarının göstəriciləri və imkanları, həmçinin, zaman və məkan şəraitinə bağlılığı var. Peyğəmbərin mənəvi məqamı nə qədər yüksək səviyyədə olsa, həqiqi dindən (yəni, Allah yanında lövhi məhfuzda olan dindən) vəhy yolu ilə ona daha çox hidayət yolları almaq da bir o qədər münasib olar. Həmçinin, o peyğəmbərin dinləyiciləri olan insanların mədəni-maarif səviyyəsi və istedadları nə qədər yüksək olsa zaman və məkan baxımından onlar da həqiqi dindən (yəni, Allah yanında lövhi məhfuzda olan dindən) daha çox bəhrələnəcəklər.

Əlavə mütaliə üçün bax:

1. Mehdi Hadəvi Tehrani, “Vilayət və dəyanət”, Müəssiseyi fərhəngiye xaneyi xirəd”. Qum, İkinci çap, 1380-ci şəmsi ili.

[1] Şəhid Mütəhhəri belə peyağəmbərliyi “təşrii nübuvvət” adlandırır. (Ş.Mütəhhəri, “Xətmi nübuvvət”, səh.34)

[2] Həmin mənbə.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment