Azəri
Thursday 26th of December 2024
0
نفر 0

Bu gün Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

Bu gün Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

Bu gün, martın 26-sı, cəmadiyül-əvvəl ayının 13-ü, Həzrət Mühəmməd Peyğəmbərin (s) qızı Xanım Fatimeyi Zəhranın şəhadət günüdür.

Anası ümmül-möminin Xədicədir. Həzrət Mühəmmədin (s) peyğəmbərliyinin 5-ci ilində, cəmadiyüs-sani ayının 20-də (m. 614-cü il) Məkkədə doğulmuşdur. Bəzi mənbələrdə peyğəmbərlikdən 5 il əvvəl (m. 605-ci) doğulduğu bildirilir. Bəzi tədqiqatçılar isə Həzrət Mühəmməd Peyğəmbərin (s) qızlarından yalnız Fatiməni (ə) o həzrətin doğma övladı bilir, qalan üç qızın isə Xədicənin keçmiş ərlərindən olduqlarını və Peyğəmbərin onları qızlığa götürdüyünü yazırlar.

 “Fatimə” sözünün mənşəyi barədə məlumatlar da maraqlıdır. Ərəblər köşəyini süddən ayırmış dişi dəvəyə “fatimə” deyirlər. Ananın öz uşağını süddən uzaqlaşdırmasını da ərəblər eyni kökdən olan fellə ifadə edirlər. İslam Peyğəmbərindən (s) rəvayət edilən hədislərdə isə bu adın mənası “cəhənnəm alovundan uzaqlaşdırılmış” kimi izah edilir. Çünki Allah-təala qiyamət günündə cəhənnəm atəşini Fatimədən (ə) və Onun nəslindən uzaqlaşdıracağını vəd etmişdir. Fatimənin (ə) məşhur ləqəbləri bunlardır: zəhra (parlaq), bətul (iffətli və ya özünü Allaha həsr etmiş), tahirə (pak), mərziyyə (Allahın razılığını qazanmış), siddiqə (doğrucul), zəkiyyə (təmizlənmiş), seyyidətün-nisail-aləmin (dünya qadınlarının xanımı), ümmi əbiha (atasının anası; bu ləqəbi Ona Peyğəmbər vemişdi) və s.

İslam mənbələrindəki məlumatlar yekdilliklə təsdiq edir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) öz övladları arasında Fatiməni (ə) hamıdan artıq sevirdi. Aşağıdakı hədislər mötəbər mənbələrdə təvatür səviyyəsində qeyd edilmişdir: “Fatimə bədənimin bir parçasıdır. Kim Onu qəzəbləndirsə, məni qəzəbləndirmiş kimidir”. “Fatimənin qəzəbi ilə Allah qəzəblənər, Fatimənin razılığı ilə Allah razı olar”. “Fatimə dünya qadınlarının xanımıdır”. Həzrət Mühəmməd Peyğəmbər (s) səfərə gedəndə ən axırda Fatimə (ə) ilə vidalaşar, səfərdən qayıdanda hamıdan əvvəl Onun görüşünə gələrdi. “Həzrət Fatimənin (ə) təsbihi” kimi tanınan məşhur zikri də Ona Peyğəmbər öyrətmişdi.

Həzrət Mühəmməd Peyğəmbər (s) Məkkədə son dərəcə ağır bir şəraitdə İslamı təbliğ etdiyi zaman Fatimə (ə) Ona mənəvi cəhətdən yardım göstərir, təhqir və istehzaları o həzrətdən uzaqlaşdırmağa çalışırdı. Hicrət zamanı Fatimə (ə) öz atasından qabaq Məkkəni tərk etməyə müvəffəq olmamış və şəhərdə qalmış, daha sonra Əli ibn Əbu Talibin (ə) müşayiəti ilə Mədinəyə gəlmişdi.

Peyğəmbərin müasiri olan məşhur müsəmanlardan bir neçəsi Fatimə (ə) ilə evlənmək arzusunda olsa da, nə Peyğəmbər, nə də Fatimənin (ə) özü buna razılıq verməmişdi. Yalnız Əli ibn Əbu Talibin (ə) elçiliyi onların hər ikisinin razılığı ilə qarşılandı. Əli (ə) ilə Fatimənin (ə) toyu hicrətin ikinci ilində, Bədr döyüşündən sonra (m. 624-cü il) baş verdi. Fatimənin (ə) mehriyyəsi 500 dirhəm idi, Peyğəmbər tərəfindən Ona həmin dövrün dəbinə uyğun olaraq, bir neçə əşyadan ibarət cehiz də verilmişdi.

İmam Əli (ə) ilə Fatimənin (ə) ailəsi 9 ilə yaxın (Fatimənin (ə) vəfatına kimi) mövcud olmuşdur. Fatimə (ə) həyatda ikən Əli ibn Əbu Talib (ə) başqa bir qadınla evlənməmişdi. Bu ailə İslam tarixində ən mehriban, ən ülvi və ən möhkəm ailə sayılır. Bu izdivacdan Həsən (ə) və Hüseyn (ə) adlı iki oğul, Zeynəb və Ümmi-Külsum adlı iki qız doğuldu. Əli (ə) ilə Fatimənin (ə) daha bir oğlunun ana bətnində tələf olduğu barədə məlumatlar mövcuddur. Şiə mənbələrində Peyğəmbərin vəfatından qısa bir müddət sonra Fatiməyə (ə) qarşı həyata keçirilmiş fiziki təzyiqlərin nəticəsində Möhsin adlı həmin körpənin bətndə ikən tələf olduğu bildirilir.

Fatimə (ə) İslam tarixində hədsiz imanlı, son dərəcə iffətli, səxavətli, elmli bir qadın kimi yad edilir. Qısa ömrü ərzində dini və dünyəvi məsələlərdə Mədinə qadınları üçün əsl müəllimə rolunu oynamış, müraciət edən hər kəsə mənəvi və maddi yardım göstərmişdir. Fatimə (ə) Qurani-kərimdə çirkinlikdən təmizləndiyi elan edilmiş (Əhzab, 33) Əhli-beytin bir üzvüdür.

Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından sonra dünyasını dəyişmiş ilk Əhli-beyt üzvü də Fatimədir (ə). Rəvayətə görə, Peyğəmbər ölüm yatağında ikən Fatimənin (ə) üzüntüsünü görüncə, bu barədə Ona müjdə vermiş və tezliklə o biri dünyada görüşəcəklərini söyləmişdi. Atasının vəfatından sonra bu itkiyə dözə bilməyən Fatimə (ə) Həzrət Əlinin (ə) tikdiyi beytül-əhzan (hüzn, kədər evi) adlı otaqda vaxtını ağlamaqla keçirirdi. Şiə rəvayətlərinə görə, Peyğəmbərin vəsiyyətinə rəğmən Həzrət Əlinin (ə) hakmiyyətdən uzaqlaşdırılması, Peyğəmbər tərəfindən Əhli-beytə hədiyyə olaraq verilmiş Fədək bağının birinci xəlifə Əbu Bəkrin göstərişi ilə Əhli-beytdən alınması, eləcə də, Həzrət Fatimənin (ə) özünə qarşı edilmiş fiziki və mənəvi təzyiqlər Onun səhhətini pozmuşdu (məlumat üçün bax: Şeyx Abbas Qummi. Beytül-əhzan). Fatimeyi-Zəhra (ə) Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından 75 və ya 95 gün sonra – h. 11-ci il cəmadiyül-əvvəl ayının 13-də və ya eyni ilin cəmadiyüs-sani ayının 3-də (m. 632-ci il) Mədinədə dünyasını dəyişdi. Öz vəsiyytinə əsasən, dəfnində narazı olduğu insanların iştirak etməməsi üçün Həzrət Əlinin (ə) başçılığı altında məhdud saylı şəxslərin müşayiəti ilə gecəyarı naməlum yerdə torpağa tapşırılmışdır. Məzarının harada olması bu gün də mübahisəlidir. Bəziləri Onun Məsci¬dün-nəbəvidə, bəziləri isə Bəqi qəbristanlığında dəfn olunduğunu iddia edirlər.

Həzrət Mühəmməd Peyğəmbərin (s) nəsli yalnız Fatimənin (ə) vasitəsilə davam etmişdir; Peyğəmbərin o biri üç qızının nəsli qalmamışdır. Şiə inancına görə, Fatimə (ə) 14 məsum (günahsız) şəxsdən biridir.

Həzrət Mühəmməd Peyğəmbər (s) Fatiməni (ə) “dünya qadınlarının xanımı” adlandırmışdı. Abdullah ibn Abbas rəvayət edir ki, Peyğəmbər buyurmuşdur: “Gündəlik beş namazını qılan, ramazan ayında oruc tutan, Allahın evinə həccə gedən, malının zəkatını verən, ərinə tabe olan və məndən sonra Əliyə (ə) imam kimi itaət edən hər bir qadın qızım Fatimənin (ə) şəfaəti ilə cənnətə girəcək, çünki o, dünya qadınlarının xanımıdır”. Soruşdular: “Məgər Fatimə öz zəmanəsində ki qadınların xanımı deyilmi? ”. Peyğəmbər cavab verdi: “Öz zəmanəsinin qadınlarının xanımı İmran qızı Məryəm idi. Fatimə isə dünyanın əvvəlindən axırına kimi bütün qadınların xanımıdır” (Şeyx Səduq. Əmali, LXXIII məclis, 18-ci hədis; XXVI məclis, 7-ci hədis; Həvizi. Təfsirü Nurüs-səqəleyn, I, 338).


source : http://az.islam.az
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Nigeriyada Zariya Şiə Soyqırmına etiraz əlaməti olaraq Şəhidlərin 40-da Şeyx ...
Burundi müsəlmanları İslam Peyğəmbəri (s)-nin mövludu münasibətilə bayram ...
Mosul əməliyyatına qatılan '' Əbu Əzrail '' işid qəsbkarlarına Belə meydan oxudu
Quran sərgisində Portuqal dilində İslami kitablar məcmuəsinin nümayişi
Ərəbistanda şiələrin hüquqlarının pozulması və onlara qarşı diqqətsizlik, ...
Qətərdə “100 Quran xətmi” layihəsinin icrasına başlanılır
Ayətullah Məkarim Şirazinin Ərbəinlə bağlı tövsiyələr
İRAN SƏFİRLİYİ FİRUZABADİNİN ÇIXIŞINI TƏKZİB ETDİ
Təzyiqlərə baxmayaraq bu gün Bakıda Monarxiya və Talana Yox mitinqi keçirilib
Hollandiyalı siyasətçi İslam əleyhinə kitab çap edəcək

 
user comment