Azəri
Thursday 26th of December 2024
0
نفر 0

Məscid sözü ilk dəfə harada işlənmişdir?

Xəbər Agentliyi- “Məscid kəlməsi bir neçə əsr əvvəl, nübuvvət günəşi doğmazdan öncə Kəhf səhabələri ilə görüşməyə müvəffəq olan möminlərin dilində işlənmişdir. Kəhf səhabələri 309 il yuxuya getmişdilər və onların nümayəndəsinin bazarda tanınma
Məscid sözü ilk dəfə harada işlənmişdir?

 Xəbər Agentliyi- “Məscid kəlməsi bir neçə əsr əvvəl, nübuvvət günəşi doğmazdan öncə Kəhf səhabələri ilə görüşməyə müvəffəq olan möminlərin dilində işlənmişdir.

Kəhf səhabələri 309 il yuxuya getmişdilər və onların nümayəndəsinin bazarda tanınmaması üçün Allahın iradəsi ilə bu hadisə baş vermişdi. Mömin insanlar üçün məad məsələsi yəqinliyə çatmışdı. Bu məsələ ölülərin dirilməsinə aid möhkəm dəlil idi. Çünki ölüm yuxunun qardaşıdır.

Kəhf səhabələri uzun yuxudan ayılandan sonra deyirlər ki, biz bir daha insanların arasına qayıtmaq istəmirik. Onlar yenə də dərin yuxuya gedib, dünyalarını dəyişirlər.

Bu hadisə Həzrət Peyğəmbərin (s) besətindən təxminən 500 il əvvəl baş vermişdir. Məscid kəlməsi də Kəhf səhabələrini ziyarət etməyə gələn möminlərin dilində səslənmişdir. Kilsənin belə adı çəkilməmişdir, çünki o zamanlar kilsədən xəbər yox idi, sonradan ixtira olmuşdur.

Görüşə gələn möminlər deyirdilər: «لنتخِذنَّ علیهم مسجدا" Yəni, and içirdilər ki, gərək bu bir neçə nəfər üçün məscid tikək. Ancaq bu məscidin harada tikiləcəyi məlum deyildir, mağaradamı, yoxsa qəbirlərin üzərindəmi?

Əgər qəbirlərin və ya cənazələrin üzərində məscidin tikilməsi haram olsaydı, aləmlərin Pərvərdigarı o dövrün möminlərini məscid və ibadətgah tikən kimi yada salmazdı.

Həzrət Əli (ə) “Nəhcul-bəlağə”də bəyan edir ki, dünya o yerdir ki, biz orada yaşayırıq. Quranın buyurduğu kimi, səma bizim üçün tavan, yer isə xalçadır. Məscid isə احباء الله adlanır.

Hələ uşaqlıq çağımızdan bizə deyirdilər ki, məscidin xalça və divarını nəcis etmək və çirkləndirmək haramdır. Mötəbər hədis kitablarında insanları məscid tikməyə həvəsləndirmək üçün deyilir ki, hətta toyuq hini boyda məscid tikilsə, savabı vardır. Bu cür hədislər məscid tikməyin əhəmiyyətindən və dəyərindən bəhs edir.

Mehrab sözünün mənası mübarizə yeri deməkdir. Ona görə də o insan ki, bir imam-camaat kimi mehraba daxil olmaq istəyir, gərək ilk növbədə batinində olan düşmənlərlə: əxlaqi rəzilliklər və çirkin fikirlərlə mübarizə etməyə başlasın.

O imam-camaat ki, özü ilə mübarizə aparar, alçaqlıqlardan və əxlaqi rəzilliklərdən uzaqdır, kəramətli və cazibəli insandır ki, Həzrət Peyğəmbərin (s) vəkili ola bilər. İnsanların əlini İmamların (ə) əlinə qoya bilər”.


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Nigeriyada Zariya Şiə Soyqırmına etiraz əlaməti olaraq Şəhidlərin 40-da Şeyx ...
Burundi müsəlmanları İslam Peyğəmbəri (s)-nin mövludu münasibətilə bayram ...
Mosul əməliyyatına qatılan '' Əbu Əzrail '' işid qəsbkarlarına Belə meydan oxudu
Quran sərgisində Portuqal dilində İslami kitablar məcmuəsinin nümayişi
Ərəbistanda şiələrin hüquqlarının pozulması və onlara qarşı diqqətsizlik, ...
Qətərdə “100 Quran xətmi” layihəsinin icrasına başlanılır
Ayətullah Məkarim Şirazinin Ərbəinlə bağlı tövsiyələr
İRAN SƏFİRLİYİ FİRUZABADİNİN ÇIXIŞINI TƏKZİB ETDİ
Təzyiqlərə baxmayaraq bu gün Bakıda Monarxiya və Talana Yox mitinqi keçirilib
Hollandiyalı siyasətçi İslam əleyhinə kitab çap edəcək

 
user comment